Türkiyənin Beynəlxalq Müdafiə Sənayesi Sərgisi “ADEX-2024”də təmsil olunacaq

Türkiyənin Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (IDEF) 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək “ADEX-2024” Beynəlxalq Müdafiə Sərgisində öz stendini təqdim edəcək. SİA bu barədə İDEF-in “X” sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir.

“Biz Qafqaz və Mərkəzi Asiyada müdafiə və təhlükəsizlik sahəsində ən böyük sərgilərdən biri olan “ADEX-2024” sərgisində öz stendimizi təqdim edəcəyik”, - paylaşımda bildirilib.

Xatırladaq ki, 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionun müdafiə sənayesi sahəsində ən böyük tədbiri olan 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX) və 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi (Securex Caspian) keçiriləcək.

Sərgilərdə 38 ölkəni təmsil edən 270-ə yaxın şirkətin iştirakı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə