Ərdoğan Livanın Baş naziri ilə NƏLƏRİ MÜZAKİRƏ ETDİ?

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Livanın Baş naziri Nəcib Mikati ilə telefonda danışıb və Livandakı hücumdan kədərləndiyini bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı prezident Ərdoğan Livandakı hücumdan kədərləndiyini bildirib, hücumda həyatını itirənlərə rəhmət, yaralananlara isə tezliklə şəfa diləyib.

Ərdoğan həmçinin İsrailin münaqişələri bölgəyə yayma səylərinin son dərəcə təhlükəli olduğunu və İsrailin təcavüzünün qarşısını almaq üçün səylərin davam etdiriləcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə