Bakının işğaldan azad edilməsinin 106-cı ildönümü münasibətilə anım tədbiri keçirilir - YENİLƏNİR - FOTOLAR

Bu gün Türkiyə və Azərbaycan şəhidliklərində Nuri Paşanın komandanlığı altında Qafqaz İslam ordusunun Bakıya gəlişinin və Bakının Bolşevik işğalından azad edilməsinin 106-cı ildönümü münasibətilə anım mərasimi keçirilir. SİA xəbər verir ki, anım mərasimində media nümayəndələri, Türkiyə və Azərbaycan rəsmi nümayəndələri iştirak edirlər.

Anım günündə Azərbaycan Şəhidlər Xiyabanı və Türkiyə Şəhidliyi abidəsi ziyarət olunub, əkil qoyulub. Daha sonra Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin dövlət himnləri səsləndirilib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə