Vasitəçilik üçün siqnal - PLATFORMA

Bakı Rusiya-Ukrayna danışıqları üçün platforma olmağa hazırdır

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya ilə Ukrayna arasındakı münaqişədə vasitəçi kimi çıxış etməyə hazırdır, bu barədə Türkiyənin “Medya Günlük”nəşri yazır. Bakının münaqişənin həllində böyük təcrübəsi var, lakin Moskva ilə Kiyev arasında münasibətlər dalana dirənib, ona görə də vasitəçilər ciddi rol oynaya bilməyəcəklər. Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi çıxış edə bilər. İtaliyada keçirilən Ambrosetti forumunun moderatorunun suallarını cavablandıran Azərbaycan lideri deyib: “Biz heç vaxt vasitəçilik təşəbbüsü ilə çıxış etməmişik, bilirəm ki, bu prosesdə iştirak etmək istəyənlər çoxdur”.

Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Azərbaycan Prezidentinin həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətlərə malik olduğunu vurğulayıb. “Əvvəla, cənab Əliyev bu barədə ona verilən suala cavab olaraq bunu bildirib, ikincisi, Azərbaycan mümkün danışıqlar üçün ideal ölkədir” Əvvəllər olduğu kimi, bu gün də Bakıda Rusiya və ABŞ-ın yüksək rütbəli hərbi rəsmiləri ilə danışıqlar aparılır. Üçüncü, Əliyev, şübhəsiz ki, dünyanın ən təcrübəli liderlərindən biridir o, mühüm dünya məsələlərində əla vasitəçi ola bilər”.

Siyasi Araşdırmalar İnstitutunun direktor müavini, politoloq Daria Qrevtsova qeyd edib: “Sovet dövründə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu (MDBMİ) bitirmiş və bir müddət orada müəllim işləmiş İlham Əliyev təcrübəli diplomatdır və münaqişə və danışıqlar məsələləri üzrə mötəbər mütəxəssis olaraq Azərbaycanı Qarabağ probleminin həlli kontekstində çox çətin mərhələlərdən keçiribb və nəhayət, Qarabağ kimi mürəkkəb problemi həll etməyə nail olub”.

Qrevtsova əlavə edib: “Azərbaycan Rusiya-Ukrayna danışıqları üçün platformaya çevrilə bilər, lakin digər ölkələr də təbii ki, onlarla rəqabət aparmayacaq, lakin lazım gələrsə, öz üzərinə belə bir missiya götürə bilər”.
Politoloq Ruslan Süleymanov vurğulayıb: “Şübhəsiz ki, həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətdə olan İlham Əliyev vasitəçi kimi çıxış edə bilər, lakin Rusiya-Ukrayna münaqişəsinin dalana dirəndiyi indiki mərhələdə heç bir ölkə, o cümlədən Azərbaycan, Türkiyə də ciddi vasitəçilik rolunu oynaya bilməyəcək”.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə