Mərkəzi Seçki Komissiyası (MSK) müəyyən edilmiş müddəti keçən şikayətləri geri göndərib. SİA xəbər verir ki, bununla bağlı MSK-nin bu gün keçirilən iclasında məsələ müzakirə edilib.

MSK üzvlərini təqdimatına əsasən, 119 saylı Ağdam, 60 saylı Quba-Qusar, 73 saylı Masallı Cəlilabad, 63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsində pozuntularla bağlı şikayət daxil olub.

Lakin şikayət müəyyən edilmiş müddəti keçdiyinə görə ərizəçiyə geri qaytarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə