"Paşinyan "qızıl orta"nı tapmaqda çətinlik çəkir" - ŞƏRH EDİLDİ
"Paşinyan və digər erməni siyasilərinin vədinə xilaf çıxması yeni deyil". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

O bildirib ki, bu, onların xarakterindən irəli gəlir: "Yəni üzdə bir söz deyib arxada başqa iş görürlər, həmişə bir qayda olaraq aldatmağa çalışırlar. İndiki şəraitdə də Paşinyan həmin durumdadır. Bir şey deyir, başqa bir şey edir. Əlbəttə ki, bəzən bunu özündən asılı olmayaraq edir. Çünki Ermənistanın ipinin ucu öz əlində deyil. Ermənistan dövlətinin idarə edilməsində hakimiyyətin başındakı faktiki şəxsdən başqa faktorlar da var. Bunlar bir qayda olaraq xarici faktorlardır.
Erməni diasporu, ermənilərin arxasındakı xarici qüvvələr, Fransa kimi dövlətlər, eyni zamanda Ermənistanın içindəki revanşist qüvvələr də öz təsirini hələ itirməyib. Ona görə də Paşinyan "qızıl orta"nı tapmaqda çətinlik çəkir. Çətinlik çəkdiyi zaman da belə vəziyyətlə üzləşməli olur. Vədə xilaf çıxmaq məsələsi ermənilərin həm xarakterindən irəli gəlir, həm də bu faktorlar onları bəzən olduqca çətin vəziyyətə qoyur və verdikləri sözə əməl etməyə bilirlər. Bizim üçün təəccüblü deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB