Qarabağın bərpası dövlətimizin əsas prioritetidir - MÜNASİBƏT BİLDİRİLDİ

Qarabağın bərpası dövlətimizin əsas prioritetidir - MÜNASİBƏT BİLDİRİLDİ

"Prezident İlham Əliyev Qarabağda bərpa, quruculuq, abadlıq işlərinə xüsusi nəzarət edir. Qarabağın bərpası dövlətimizin əsas prioritetidir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Məmmədli deyib.

Elşad Məmmədli sözlərinə belə davam edib: "Hazırda işğaldan azad edilmiş bütün ərazilərdə sürətli tikinti, infrastrukturun qurulması prosesi gedir.

Bilirsiniz ki, Zəngilana, Laçına, Şuşaya, Xankəndiyə, Füzuliyə, Xocavəndə, Xocalıya xeyli sayda vətəndaşımız qaytarılıb və onlar dogma yurdlarında yaşayırlar.

“Böyük Qayıdış” prosesi sürətləndikcə təbii ki, Qarabağda bərpa işləri də adekvat qaydada aparılmalıdır. Həmçinin, yeni iş yerlərinin, təhsil ocaqlarının qurulması, bərpası, enerji təchizatı ilə bağlı infrasrukturun qurulması sürətlə həyata keçirilir.

Bu işləri cənab Prezident daim nəzarətdə saxlayır, tez-tez Qarabağa səfərlər edir və prosesi şəxsən izləyir.

Sentyabrın 2-də dövlət başçısı Kəlbəcərdə yeni yaşayış məntəqəsinin, müxtəlif inzibati binaların təməlini qoydu, “İstisu” zavodunun, “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak etdi, Toğanalı-Kəlbəcər-İstisu yolunun tikintisi ilə tanış oldu, Xudavəng monastrını ziyarət etdi.

Bilirsiniz ki, Kəlbəcər olduqca səfalı bir yerdir, burada turizm imkanları çox yüksəkdir. Dünyanın ən mənzərəli yerlərindən biridir. Qısa zamanda Kəlbəcər infrastruktur baxımından da elə bir hala gələcək ki, göz oxşayacaq. Bütün bu işləri Prezident birbaşa diqqətdə saxlayır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə