İşğaldan azad edilmiş ərazilərdə saat 17:00-a olan seçici fəallığı açıqlanıb
Bu gün keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə prosesində işğaldan azad edilmiş ərazilərdə saat 17:00-a olan seçici fəallığı açıqlanıb. SİA “Seçki 2024” Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, bu barədə MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında məlumat verib.
O bildirib ki, azad edilmiş ərazilərdə bu saata olan seçici fəallığı aşağıdakı kimidir:
118 saylı Ağdam-Xocalı – 38,76 %
119 saylı Ağdam – 38 %
120 saylı Cəbrayıl-Qubadlı – 46,89 %
121 saylı Laçın – 39,93 %
122 saylı Xankəndi – 49,48 %
123 saylı Kəlbəcər – 36,28 %
124 saylı Şuşa-Ağdam-Xocavənd – 44,36 %
125 saylı Zəngilan-Qubadlı – 43,7 %
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB