İşğaldan azad edilmiş ərazilər içərisində 112 saylı Xankəndi seçici faəllığı ilə seçilir

İşğaldan azad edilmiş ərazilər içərisində 112 saylı Xankəndi seçici faəllığı ilə seçilir

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə prosesində saat 12:00-a olan seçici fəallığını açıqlayıb. SİA xəbər verir ki, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 12:00-a qədər respublika üzrə 1309522 nəfər səs verib, seçici fəallığı 20.39 faiz olub.

İşğaldan azad edilmiş ərazilərdə də ilk dəfə olaraq parlament seçkiləru keçirilir və saat 12:00-a olan seçici fəallığı aşağıdakı kimidir:

118 saylı Ağdam-Xocalı – 25.85%, 119 saylı Ağdam – 26.33%, 120 saylı Cəbrayıl-Qubadlı - 27.28%, 121 saylı Laçın - 23.85%, 122 saylı Xankəndi - 32.6 %, 123 saylı Kəlbəcər - 25.7 %, 124 saylı Şuşa-Ağdam-Xocavənd - 25.74%, 125 saylı Zəngilan-Qubadlı - 28.2 % təşkil edir.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə