Slovakiya ilə əlaqələr dinamik inkişaf yolundadır - Azərbaycan Prezidenti

Slovakiya ilə əlaqələr dinamik inkişaf yolundadır - Azərbaycan Prezidenti

Bu gün Azərbaycan ilə Slovakiya arasında əlaqələr dinamik inkişaf yolundadır. SİA xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Prezidenti Peter Pelleqriniyə bu ölkənin milli bayramı – Konstitusiya Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.

Enerji sahəsində səmərəli birgə fəaliyyətin digər sahələr və istiqamətlər üzrə də uğurla davam etdiriləcəyinə əminliyini ifadə edən Azərbaycan Prezidenti bildirib: “İnanıram ki, xalqlarımızın maraqlarına uyğun olaraq və mövcud imkanlardan istifadə edərək birgə səylərimizlə Azərbaycan-Slovakiya dostluq əlaqələrinin inkişafına, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə