Belarus MSK-nın sədri seçkiləri izləmək üçün Bakıya gəlib

Belarus MSK-nın sədri seçkiləri izləmək üçün Bakıya gəlib

Belarus Mərkəzi Seçki Komissiyasının (MSK) sədri İqor Karpenko Azərbaycana gəlib. SİA “Seçki 2024” Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, bu barədə Belarus mətbuatında bildirilib.

Məlumatda qeyd edilib ki, İqor Karpenko sentyabrın 1-də Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini izləyəcək.

Belarus MSK-nın sədri səfər çərçivəsində bir sıra beynəlxalq müşahidəçilərlə, Azərbaycan MSK-nın rəhbərliyi ilə görüşəcək, seçki prosesi ilə maraqlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə