Bəs onda nəyə görə fərqli münasibət sərgiləyirlər? - MÜNASİBƏT BİLDİRİLDİ
"Dünyada haqq-ədalət carçısı kimi dünya demokratiyasının həm baniləri, həm də onun qoruyucuları kimi özlərini təqdim edən ölkələr, beynəlxalq təşkilatlar təəssüflər olsun ki bu günləri "Telegram" kanalının qurucusu Durovun həbs olunmasına çox biganə qalırlar, heç reaksiya vermirlər. Fransanın bu əməlinə görə istər ABŞ, istər Qərb institutları olsun, istər beynəlxalq təşkilatlar olsun susurlar". Bu sözləri SİA-ya açıqlamasında hüquq müdafiəçisi Rauf Zeyni bildirib.

Rauf Zeyni sözlərinə belə davam edib: "Bəs bunlar niyə susurlar? Avropa İttifaqı və digər insan hüquqları müdafiəçiləri niyə reaksiya vermirsiniz? Niyə bir sosial media hesabının rəhbərinin məqsədyönlü, qərəzli həbs olunmasına susursunuz? Bu heç cür qəbuledilməzdir. Əgər ədalət varsa, bütün sahibkarlara, insanlara, vətəndaşlara, siyasətçilərə eyni münasibət olmalıdır. Bəs onda nəyə görə fərqli münasibət sərgiləyirlər? Bu bizi narahat edir. Bunu mən şəxsən hüquq müdafiəçisi kimi qəbul etmirəm və buna öz qəti etirazımı bildirirəm.
Mən belə fikirləşirəm ki, Azərbaycan ictimaiyyəti də bu hadisəni qətiyyətlə pisləyir. Azərbaycan Qeyri-Hökumət Təşkilatları da bununla razılaşmır və təbii ki biz Durovun dərhal azad olunmasını tələb edirik".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB