Əli Kərimli İlqar Məmmədovun məsləhətini eşitmədi, fəlakətlə üzləşdi ANALİZ

Bu gün insanların gözlərdə sevinc, qəlblərində fərəh yaşanır. Çünki ərazi bütövlüyü və suverenliyi bərpa olunan Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Seçkilərə hazırlıq yüksək səviyyədə, əhalinin fəallığı ilə aparılır. Aktiv müzakirələr, sosial şəbəkələr üzərindən paylaşmaların ardıcıl xarakter daşıması onu təsdiq edir ki, xalq taleyinə biganə deyil. Həm də hər bir kəs demokratik seçki mühitinə fəallığı, özlərinin təklif və ideyaları ilə töhfələr verməyə çalışırlar. Görülən işlər və bunun fonunda əhalinin yüksək fəallığı onu deməyə əsas verir ki, 1 sentyabr parlament seçkiləri Azərbaycanın tarixində ən demokratik, yüksək seçici fəallığı ilə keçiriləcək seçkilər olacaq. Belə bir ictimai fəallıq fonunda xalqdan ayrı düşən pozucu qüvvələr əhəmiyyətsiz məsələlər ətrafında hay-küy qaldırılıb, ölkədəki demokratik mühitə zərər vurmağa çalışırlar. Hətta Milli Şura və AXCP dağıdıcı qurumlar və onların başbilənləri seçkiləri pozmaq xülyası ilə cəmiyyətə təhdid mesajları ünvanlayırlar. Sosial bazadan məhrum olan və ötən illər ərzində bütün etibar limitini itirən dağıdıcı müxaliflər öz zəifliklərini və qorxaqlıqlarını etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçiblər. Hətta Milli Şura və AXCP seçkiləri "boykot" kimi absurd iddia ilə çıxış edirlər. Halbuki özləri də anlayırlar ki, Azərbaycanda "boykot" filan şousu keçərli deyil. Çünki cəmiyyət seçkiyə yüksək formada hazırlaşıb və seçki günü məntəqələrə gedərək istədikləri namizədə səs verəcəklər.

Məhkəmə düzgün araşdırmalar aparsa, Əli Kərimlinin uzun müddətə azadlıqdan məhrum edilməsi qaçılmazdır

Dağıdıcı ünsürlərin hansısa formada xalqın iradəsinə qarşı çıxmaq imkanları yoxdur. Digər tərəfdən dağıdıcı müxaliflərin daxilində ciddi qarşıdurmalar mövcuddur. Xüsusilə də AXCP -nin vəziyyəti daha ağırdır. Partiyanın bir neçə funksioneri AXCP-nin sonuncu qurultayının nəticələrini tanımaqdan imtina edib və bunu məhkəmə qaydasında da təsdiq etməyə nail olublar. Bu baxımdan da hazırda AXCP təkrar qurultay keçirməyə çalışır. Lakin yerli təşkilatların bir neçə məclis üzvü və təkrar qeydiyyat üçün Ədliyyə Nazirliyinin reyestrinə adları təqdim olunan şəxslərin bəziləri istefa veriblər və ya başqa partiyalara transfer olunublar. Bu baxımdan da yerli təşkilatlar qurultaya hazırlıq üzrə konfranslar keçirə bilmirlər. Ağır, üzücü vəziyyətin fonunda AXCP NTK-nin sədri Aydın Əliyev xüsusi ittiham qaydasında Əli Kərimlinin haqqında məhkəmədə iddia qaldırıb. Əgər məhkəmə düzgün araşdırmalar aparsa, Əli Kərimlinin uzun müddətə azadlıqdan məhrum edilməsi qaçılmazdır. Çünki bütün sübut və dəlillər Aydın Əliyevin qaldırdığı iddianın reallaşmasına əsas verir. (https://sia.az/az/news/politics/1181518.html)

Təhlükənin ağırlığını şüurlu şəkildə anlayan Əli Kərimli səfirliklərə üz tutaraq onlardan həbsinin qarşısının alınmasında yardımçı olmalarını xahiş edir. Avqustun 12-də bir neçə ölkənin səfirlərin iştirakı ilə Piter Mixalkonun yanında keçirilən görüşdə də Əli Kərimlinin ağalarından etdiyi yalvarış dolu xahişi həbsinin aradan qaldırılması olub. Təbii ki, P.Mixalko acizdir. Ən azı ona görə ki, Azərbaycan Almaniya, Fransa və ya ABŞ deyil ki, məhkəmələrə təsir etməklə öz iddianı hakimlərə qəbul etdirəsən. Azərbaycanda bütün qərarlar qanunlara əsaslanmaqla verilir. Söz yox ki, məhkəmə A.Əliyevin Əli Kərimliyə qarşı qaldırdığı iddaya geniş və əhatəli araşdırmalardan sonra ədalətli qərarını elan edəcək.

Dağıdıcı müxalifət "boykot" şousunun qurbanı olacaq

Göründüyü kimi, "boykot" qərarı Əli Kərimlinin siyasi intiharını dərinləşdirir. Çünki "Yurd" şefinin "boykot" qərarı tam şəkildə effektsiz olacaq və buna görə də xarici maraqlı dairələr tərəfində tənbeh olunacaq. Bu azmış kimi onun həbsinə gedən yola əngəl olmağa çalışmayacaqlar. Çünki xarici maraqlı dairələrin bir prinsipi var: Əli Kərimli kimi istifadə olunanlar ikinci dəfə işə cəlb edilmirlər. Bu yerə zamanında Avropanın qaranlıq dairələrinin ucuz trolu hesab olunub, hər tapşırığa görə minib ora-bura çapılan Real partiyasının sədri İlqar Məmmədovun Əli Kərimlinin seçki taktikasını tənqid edən fikri yada düşür: "Deyirdim sizə: gedək seçkiyə, görək insanları səslərin müdafiəsinə səfərbər edə bilirikmi". Həmin statusu ilə İlqar Məmmədov siyasi mübarizənin seçkidən keçdiyini etiraf edib və düşmən də olsalar eyni qabdan qidalandığı üçün əqidə yoldaşını da qandırmağa çalışırdı. Ə.Kərimli isə məsləhəti qulaqardına vurmaqla İ.Məmmədov kimi düşünmədiyini nümayiş etdirdi. Ə.Kərimlinin hazırkı ağır fəlakətli vəziyyəti onu deməyə əsas verir ki, İ.Məmmədov xəstə olsa da, bəzi məsələlərdə dərindən düşünüb, müsbət qərar qəbul etməyi bacarır. Həm də nümayiş etdirir ki, "boykot" müxalifət üçün uğurlu variant deyil və cəmiyyətdə müsbət imic qazanmaq üçün taleyüklü məsələlərə dəstək vermək lazımdır.

İLHAM ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə