Vətənin və xalqın rifahına həsr olunmuş nəcib insan ömrü - ŞƏRH OLUNDU

“Dünya ölkələrinin və xalqlarının, bəşəriyyətintarixinə dərindən siyasi səyahət etdikdə tam və açıqaydın görmək olur ki, Azərbaycan RespublikasınınBirinci vitse-prezidrnti Mehriban xanım Əliyeva tariximizin XXI əsrin əvvəllərindən etibarən öz siyasi-ictimai fəaliyyəti, humanist baxışları və addımları iləbəşəri dəyərləri özündə cəmləşdirən siyasi xadimdir. O, dünya xalqlarına və mədəniyyətinə yüksəkintellekti, mədəniyyəti, diplomatik qabiliyyəti iləmünasibət bildirən və göstərən, öz ölkəsinin ən alisiyasi kursunu – ulu öndər Heydər Əliyev siyasətinidünya xalqlarına yüksək səviyyədə çatdıran, millimənəvi dəyərlərimizi, adət-ənənələrimizi, tariximizi, iqtisadiyyatımızı, öz doğma xalqına ürəkdən bağlıolan, mədəniyyətimizə, səhiyyəmizə, təhsilimizə, uşaqlara, şəhid ailələrinə, veteranlarımıza daim diqqətvə qayğı göstərən əsl xanım Liderdir. Xalqımızın əslmilli sərvətinə çevrilən, dünyanın diplomatiya tarixinəbənzərsiz qadın siyasətçi, dövlət xadimi olaraq daxilolan Mehriban xanım qədər bacarıqlı, qadınsiyasətçiyə, ictimai xadimə rast gəlinmir”. Bu sözləri SİA-ya açıqlamasında YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev deyib.

O bildirib ki, Vətən və xalq naminə fədakarlıq, müasirAzərbaycanın inkişafında, sosial məsələlərin həllindəfəallıq, milli-mənəvi dəyərlərə sadiqlik, sərhədtanımayan xeyirxahlıq, mərhəmət və şəfqət... Bütünbunlar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycanın birinci xanımı, YeniAzərbaycan Partiyasının Sədrinin birinci müavini, Heydər Əliyev Fondunun prezidenti MehribanƏliyevanın həyat fəlsəfəsinin əsas qayəsini təşkil edir. Prezident cənab İlham Əliyevin ömür-gün yoldaşı vəən yaxın silahdaşı olan Mehriban xanım Əliyevaölkəmizin hərtərəfli tərəqqisi istiqamətində görülənişlərə sanballı töhfələr verir. O, doğma Vətənin ənböyük təəssübkeşlərindən biri, xalqımızın xoşbəxtgələcəyinə hesablanan bir çox layihələrin müəllifiolmaqla yanaşı, birinci xanım adını şərəflə daşıyır, dünyaya müasir Azərbaycan qadınının qürur doğuranobrazını təqdim edir. Bütün bunlar Azərbaycanınbirinci xanımı Mehriban Əliyevanın həyatının mənası, ömür kitabına yazılan bir-birindən parlaq və mənalısəhifələrdir.

Mehriban xanım Əliyeva Azərbaycan dövlətininən ali siyasi kursunu xalqımızın maraqlarına xidmətedən bütün bəşəri dəyərləri özündə cəmləşdirən, beynəlmiləlçilik, humanizm, insanpərvərlik dünyadasülh-əmin amanlıq və sairə kimi ideyaların daşıyıcısıolan ümummilli lider Heydər Əliyev siyasi kursununlayiqli davamçısı kimi beynəlxalq aləmdə bukeyfiyyərlərinə görə daim seçilir. Günü-gündən özsəmərəli, yorulmaz fəaliyyəti ilə XXI əsrin ən öncüldünyəvi qadın siyasətçisi, ictimai xadimi, beynəlmiləlçi qadın səviyyəsinə yüksəlmişdir. Buyüksək zirvəni dünya miqyasında fəth edən Mehribanxanım Əliyevanın dünyəvi qadın siyasətçisi olaraqtanınmasını ona verilən beynəlxalq mükafatlar, ayrı-ayrı ölkələrin prezidentlərinin, dövlət və hökumətbaşçılarının sərəncamları, verilən orden və medallar birdaha təsdiq edir. Deməli, Mehriban xanım dünyadövlətləri başçıları tərəfindən də böyük siyasətçi kimiqəbul olunur və sevilir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birincimüavini Mehriban xanım Əliyevanın fəaliyyətininkökündə mənsub olduğu xalqa sevgi dayanır. Vətəninəvə xalqına sonsuz məhəbbətinə görə onu hamı sevir. O, doğma Azərbaycanın ən böyük təəssübkeşlərindən biri, xalqımızın xoşbəxt gələcəyinə hesablanan bir çoxlayihələrin müəllifidir. Birinci xanım adını şərəflədaşımaq, dünya birliyində Azərbaycanın mövqeyinihər zaman qorumaq, uşaqdan böyüyə qədər hamınınqayğısına qalmaq, cəmiyyətimizdəki problemlərinhəllinə öz qətiyyəti və cəsarəti ilə nail olmaq... Birsözlə, son dərəcə məsuliyyətli, həm də gərgin fəaliyyətsferası... Bütün bunlar Azərbaycanın birinci xanımıMehriban xanım Əliyevanın həyatının mənası, həm dəmaraqlı anları və məqamlarıdır...

Torpaqlarımızın azad olunması uğrundamübarizəyə siyasi-mənəvi dəstək, xalqımızı millihəmrəyliyə səsləyən, şanlı ordumuzu Qələbəyəruhlandıran müraciət və çağırışlar, müharibədən sonraisə dövlətimizin başçısı ilə birlikdə Qarabağa çoxsaylısəfərlər, dünyaya səs salan möhtəşəm “Xarıbülbül” Musiqi Festivalının təşkili Azərbaycan RespublikasınınBirinci vitse-prezidenti, Yeni Azərbaycan PartiyasınınSədrinin birinci müavini Mehriban xanım Əliyevanınxidmətləri sırasında xüsusi yer tutur.

Mehriban xanım Əliyeva hər bir azərbaycanlınınhimayədarı, xeyirxahı, əhalinin sosial müdafiəsininetibarlı təminatının möhkəmləndirilməsinə misilsiztöhfələr vermiş, bütün vətəndaşların etimadını, inamınıqazanmış, müdrik rəhbərimiz ulu öndər Heydər Əliyevsiyasətinin, dövlətçilik fəlsəfəsinin, azərbaycançılıqməfkurəsinin kursunun ən fəal aparıcı qüvvəsi, görkəmli bənzərsiz dünyəvi siyasi xadim, Prezidentcənab İlham Əliyevin ən yaxın silahdaşı olaraq çoxböyük insanpərvərlik, humanizm, mərhəmət sahibiolaraq, ölkəmizin ən böyük vətənpərvəri olaraqvətəninə, xalqına ləyaqətlə, şərəflə xidmət edən, peşəkar, prinsipial, təcrübəli dövlət xadimi olaraqxalqımızın çox böyük rəğbət və sevgi bəslədiyi tarixiəvəzolunmaz şəxsiyyət olaraq “Mən Azərbaycanınəsas sərvətinə-xalqımıza inanıram, arxalanıram” fəlsəfiuzaqgörən fikrini çox böyük siyasi ustalıqla ifadəedərək, Azərbaycanın qadın siyasətçisi, dövlət xadimi, ölkənin Birinci vitse-prezidenti olaraq dünyəvi siyasi qadın obrazını xalqımızın müasir müstəqil dövlərçiliktarixində öz tarixi əvəzsiz xidmətləri ilə ilk olaraqyaradaraq dünyaya təqdim edərək xalqımızın əsl millisərvətinə çevrilmişdir.

Qəlbimizdə və həyatımızda silinməz yeri olan, öz fəaliyyəti ilə önəmli bir tarix yazan Mehriban xanım Əliyevanı doğum günü münasibəti ilə ürəkdən təbrik edir, can sağlığı, uzun ömür, müstəqil Azərbaycanın daha da inkişafı naminə məqsədyönlü və şərəfli fəaliyyətində daha böyük uğurlar arzulayıram!“

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə