Xankəndində yüngül sənaye müəssisəsinin yaradılması Azərbaycan və Özbəkistan xalqlarının qardaşlığının və dostluğunun rəmzidir - Prezident İlham Əliyev

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələlərini müzakirə edib. SİA xəbər verir ki, bu barədə Kremlin Rusiya və Ermənistan liderləri arasında bu gün baş tutan telefon danışığı ilə bağlı yaydığı bəyanatda bildirilib.

Kremldən xatırladılıb ki, V.Putin bu yaxınlarda Azərbaycanda dövlət səfərində olarkən Ermənistanın baş naziri ilə əlaqə saxlayacağını, Bakıda aparılan danışıqların nəticələri barədə ona məlumat verəcəyini bildirib.

“Rusiya tərəfi Ermənistan və Azərbaycana sülh sazişinin hazırlanması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin irəlilədilməsi, habelə nəqliyyat və logistika kommunikasiyalarının açılmasına bundan sonra da yardım göstərməyə hazır olduğunu təsdiqləyib”, - məlumatda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə