"Azərbaycan Cənubi Qafqazda, dünyada ümumilikdə sülhün və təhlükəsizliyin bərqərar olunması istiqamətində daim müsbət səylər göstərib və bu istiqamətdə öz töhfələrini verməyə çalışıb. Xüsusilə də Azərbaycanın proqmatik xarici siyasəti, qonşuları ilə mehriban qonşuluq siyasəti yürütməsi, müttəfiqlik, strateji tərəfdaşlıq və əməkdaşlıq formatının genişləndirilməsi istiqamətində Azərbaycan daim səylər göstərib. Bu baxımdan Azərbaycanın Rusiya ilə münasibətləri son illər yüksələn xətt üzrə inkişaf edir. Hətta bizim münasibətlərimiz bugün müttəfiqlik səviyyəsinə qalxıb". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.

Sahil Kərimli sözlərinə belə davam edib: "Azərbaycan həm Cənubi Qafqazda sülhə və təhlükəsizliyə töhfə vermək istiqamətində, eyni zamanda da qonşuları ilə də ticarət əlaqələrinin genişləndirilməsi, idxal-ixrac əlaqələrinin yüksəyə qaldırılması istiqamətində daim öz səylərini göstərib. Xüsusilə son günlər bu günlərdə Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri, Azərbaycanda onun yüksək səviyyədə qarşılanması və bu görüşlər əsnasında müxtəlif danışıqların aparılması, təmasların qurulması, sənədlərin imzalanması da buna əyani misaldır.
Məlumdur ki, Azərbaycan həm bölgədə təhlükəsizlik baxımından, həm idxal-ixrac əməliyyatları, iqtisadi əməkdaşlıq baxımından daim bu məsələlərə önəm verir və Rusiya ilə son illər Azərbaycanın bütün spektrları üzrə əməkdaşlığı mövcuddur. Bizim həm hərbi, həm siyasi, həm iqtisadi, həm mədəni əlaqələrimiz yüksək səviyyədədir. Azərbaycanın neft-qaz projelərində bölgə ölkələrinə dəstək verməsi, nəqliyyat kommunikasiya və enerji dəhlizlərinin üzərində yerləşməsi imkan verir ki, bu əməkdaşlıq da yüksələn xətt üzrə inkişaf etsin.
Xüsusilə də onu vurğulamaq lazımdır ki, Azərbaycan həm Qərblə, həm Avropayla, həm keçmiş MDB məkanı ölkələri ilə, xüsusilə Rusiya ilə daha sıx əməkdaşlıq edir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin düşünülmüş xarici siyasəti, diplomatik kursu bundan ibarətdir ki, biz həm Avropayla, həm də Rusiya ilə eyni formatda əməkdaşlıq edir, həm neft-qaz layihələrində, həm iqtisadi və siyasi əlaqələrin qurulmasında biz öz töhfələrimizi veririk.
Rusiya ilə xüsusilə əməkdaşlığa gəldikdə bugün neft-qaz sahəsində projelər var, nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlıq var və xüsusilə də idxal-ixrac əməliyyatı Azərbaycanın məhsullarının Rusiya bazarlarına çıxarılması, Rusiya məhsullarının Azərbaycana gətirilərək burada tədarükü və qarşılıqlı sərmayələrin investisiyaların yatırılması istiqamətində də bizim çox yüksək əməkdaşlığımız var. Mən hesab edirəm ki, Vladimir Putinin Azərbaycana səfərindən sonra bu əməkdaşlıq daha da yüksələn xətt üzrə inkişaf edəcək, bu əməkdaşlıq zirvəyə doğru hərəkət edəcək.
Təsadüfi deyil ki Azərbaycan Prezidenti cənab İlham Əliyev də dəfələrlə vurğulayıb ki, Rusiya- Azərbaycan münasibətləri bir çoxlarına örnək və nümunə olmalıdır və bütün bölgə ölkələri bu istiqamətdə mehriban qonşuluq siyasəti istiqamətində öz əməkdaşlığını davam etdirməlidir. Ermənistan Azərbaycan arasında sülh müqaviləsinin imzalanması istiqamətində də Rusiya dəfələrlə bəyan edib ki, öz töhfələrini verə bilər. Ermənistanın bugün hərbi təxribatları fonunda Ermənistanın Qərbə arxalanaraq Azərbaycana qarşı yeni müharibə təhdidləri, bölgədə yeni münaqişə ocağı yaratmaq cəhdləri təbiidir ki bugün Rusiya tərəfindən də pislənilir. Rusiya Azərbaycan kimi bölgədə də söz sahibi olan ölkələrdən biridir. Rusiya böyük gücə və nüfuza malik ölkədir. Bu istiqamətdə Rusiya gələcəkdə də öz töhfələrini vermiş olacaqdır".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB