Saaatlıda seçici aktivliyi olacağını gözləyirik - DSK sədri

Saaatlıda seçici aktivliyi olacağını gözləyirik - DSK sədri

“66 saylı Saatlı Dairə Seçki Komissiyasında qeydiyyatda olan 50 min 900 seçici 50 məntəqədə səsvermə hüququndan istifadə edəcək. Səsvermə hüququndan ilk dəfə istifadə edəcək 434, o cümlədən seçki günü 18 yaşını tamamlayacaq 5 seçicimiz var”. SİA xəbər verir ki, bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 66 saylı Saatlı Dairə Seçki Komissiyasının (DSK) sədri Arif Əliyev deyib.

DSK sədri seçki məntəqələrində bütün şəraitin yaradıldığını bildirib: “7 məntəqədə veb-kamera, 24 məntəqədə pandus quraşdırılıb. Bütün məntəqələrdə seçkiqabağı təşviqatın aparılması məqsədilə lövhələr qurulub, qapalı və açıq görüş yerləri ayrılıb. Dairə üzrə mübarizə aparan 7 namizədin hər biri yaradılmış şəraitdən bərabər şəkildə istifadə edə bilir”.

A.Əliyev seçki dairəsində seçki aktivliyinin olacağını gözləyir.

“Əvvəlki seçkilərdə həmişə aktivlik olub. Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə də fəallıq olacağını düşünürük. Hətta yaşlı seçicilərimiz də səsvermə hüququndan aktiv şəkildə istifadə edirlər. Dairə üzrə yaşı 100-105 arası olan 6 seçici qeydiyyatdadır. Onlardan ikisinin yaşı 100, ikisinin yaşı 102, birinin yaşı 104, birinin yaşı 105-dir. Yaşı 80-99 olan seçicilərimizin ümumi sayı 655-dir”, - o bildirib.

DSK sədri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidəçilərinin dairə ərazisində seçkiyə hazırlıq prosesi ilə tanış olduğunu deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə