Moskva və Bakı problemli məsələləri açıq və dostcasına müzakirə edirlər - Polad Bülbüloğlu
Hazırda Rusiya-Azərbaycan münasibətlərində dərin ziddiyyətlər yoxdur, iki ölkə fəal əməkdaşlıq edir. SİA xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu RF Prezidenti Vladimir Putinin Bakıya səfəri ərəfəsində TASS informasiya agentliyinə müsahibəsində deyib.
Səfir əlavə edib: “Əlbəttə, bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlərin çox yüksək müttəfiqlik səviyyəsində olması məni sevindirir. Biz çox fəal işləyirik və bu gün ölkələrimiz arasında dərin ziddiyyətlər yoxdur”.
Səfirin vurğuladığı kimi, Moskva və Bakı bütün problemli məsələləri açıq və dostcasına müzakirə edirlər. “Hər bir evdə, hər hansı bir ailədə və ya istənilən bir münasibətdə olduğu kimi, bəzi fikir ayrılıqları ola bilər – bu, həyatdır, amma ən əsası, bu gün bizim elə münasibətlərimiz var ki, açıq şəkildə, dostcasına və çox mehriban bir şəraitdə ortaya çıxan həmin problemləri müzakirə edə bilərik”, – deyə P.Bülbüloğlu vurğulayıb.
O, həmçinin iki ölkənin nazirlikləri arasında fəal qarşılıqlı fəaliyyətə diqqət çəkib. “Hazırda iki ölkənin Xarici İşlər nazirlikləri arasında fəal siyasi məsləhətləşmələr aparılır. Rusiya tərəfindən Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçukun, Azərbaycan tərəfindən isə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Hökumətlərarası Komissiya çox səmərəli işləyir. Sonuncu görüş bu yaxınlarda - avqustun 9-da Bakıda oldu. Parlamentlərarası əlaqələrimiz də yüksək səviyyədədir. Baş nazirlər və bir çox sahə nazirləri bir-biri ilə birbaşa əlaqə saxlayırlar”, -deyə diplomat bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Ramiz Mehdiyev YAP-dan çıxarılıb
Siyasət 17:00Masallı rayonunum Xıl kəndində şəhid anıldı
Sosial 16:55Qardaşa qardaş məsləhəti...
Rəy 16:42Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



