İngiltərədəki Azərbaycanlının buradaki iğtişaşlarla bağlı fikiləri MÜSAHİBƏ
İngiltərədə olan son vəziyyətlə bağlı Azərbaycanlı doktorant Azər Qasımlının SİA-ya müsahibəsini təqdim edirik:
-İngiltərədəki miqranlara qarşı ayrıseçkilik etnik yoxsa irqidir? Yəni irqçilər miqrantların dərisinin rənginə, dininə yoxsa etnik mənsubiyyətinə baxır? Buradaki iğtişaşlar barədə ümumi fikriniz nədir?
-Məncə hamısı amma əsasən etnik mənsubiyyətə görə. Onlar çox vaxt miqrantın dərisinin rənginə baxmırlar. Bu mənada ki, onların çoxu bu etirazlara irqi desə də ukraynlara və polşalılara da qıcıqdırlar. Amma Ukraynadaki müharibə vəziyyətinə görə bunu dilə gətirmirlər. Digər tərəfdən ən əsas etiraz illegal miqrantlaradır. Xüsusən də turist kimi gələnlər, qeyri- qanuni iş tapıb burada qalanlar etirazların əsas mənbəyidir. Mənə görə bu dünyanın hər yerində olur. Amma ingilislər bu mövzuda həssasdırlar. Onlar deyir ki, biz bəzən İngiltərədə yaşadığımızı unuduruq. Dövri qədimdən İngiltərə miqrantların üz tutduğu yer olub.
Mitinqdə iştirak edənlərin çoxu nümayişlər bitdikdən sonra Türk, Çin və Hind restoranlarına gedir. Bu o deməkdir ki, sadaladığım etnik mənsubiyyətlər İngiltərənin bir hissəsidir. Belə bir nümunə verə bilərəm ki, İngilətərədə səhiyyə sistemini təşkil edən işçilərin 20 faizi etnik azlıqlar və əksərən Hindlidir. Taksilərin də 70-80% i hind mənşəllidir. Restoran sənayesi və ticarətdə də İngilislər az görünür. Biznesdə də İngilislər sahibkar yox adi işçi kimi görünür. Əgər miqrantları ölkədən çıxarsalar işçi böhranı və bahalaşma olacaq. Bu səbəbdən də İngiltərədə iqtisadiyyat çox həssas vəziyyətdədir. Eyni zamanda İngiltərədə kadr çatışmamazlığı var. Çünki heç bir ingilis özünü əziyyətə salıb 10-12 saat taksi sürə bilməz.
Miqrantlara qarşı etirazlar aksiyaları keçirən əsas kütlə isə gününün çox hissəsini publarda keçirən, dövlətdən yardım güdərək gününü günə satan yaşlı sinifdir. Mitinqdə iştirak edənlərin ikinci qismi isə nə istədiyini bilməyən və adrenalin axtarışında olub küyə gedən gənclərdir. Onların heç bir məntiqli hədəfi yoxdur.
-Sizcə bir Azərbaycanlı üçün İngiltərə təhlükəsizdirmi?
-Bir Azərbaycanlı kimi özümü təhlükədə hiss etmirəm. Çünki etiraz aksiyalarında irqçilərdən dəfələrlə daha çox olan anti- faşistlər var. Ağlı başında olan və normal dünya görüşünə sahib olan adamlar miqrantların İngiltərə üçün nə qədər önəmli olduğunu dərk edir. Beləliklə onlar küçələrə axışaraq miqrantları müdafiə edir.
Ümumiyyətlə son illərdə İngiltərə təhlükəsiz sayılmır. Xüsusən də London. Bu təhlükə bütün millətlər üçün eyni dərəcədədir. Mitinqlər barədə əvvəldən xəbər alınır. Bütün restoranlar və obyektlər bağlanır. Hansı ki, bunların sahibləri əsasən miqrantlardır. Buna görə də mitinqdən əvvəl şəhərdə fırtına öncəsi səssizlik müşahidə olunur. Bütün bunlara baxmayaraq cinayət sayları artmaqdadır. Amma yenə də bu say digər avropa ölkələrindən azdır. Polis sistemi isə müəyyən qədər etinasızdır. İngilislər dükana girib istədiyi məhsulu oğurlayır. Hətta rahat şəkildə götürürlər. Amma dükan sahibi ona fiziki olaraq mane ola bilməz. Beləliklə başını dərdə salmaq istəməyən sahibkarlar polisə şikayət edir və aylarla nəticə ala bilmir.
-Yaxın müddətdə İngiltərədəki vəziyyətin normala dönməsini gözləmək olarmı?
-Yaxın gələcəkdə İngiltərənin vəziyyətinin normala dönəcəyini güman etmirəm. Bunun ilk növbədə səbəbi bu il keçirilən seçkilərdir. Belə ki, bundan əvvəlki bürokratiya komandası uğursuz siyasət yürüdüb. Yeni gələcək komandanın da planlarını həyata keçirə bilməsi sual altındadır. Hər halda buraxılan səhvlərin acı nəticələrini uzun müddət görəcəyik.
-İngiltərədəki aksiyalarda irqçilər yoxsa anti-irqçilər üstünlük təşkil edir?
-Saya gəldikdə öncələri irqçilər üstünlük təşkil etsə də onlar layiqincə cavab alıblar. Artıq anti- faşistlərin sayı onlardan təxminən 5 dəfə daha çoxdur. Müsəlmanlar da məscidlərə yığılaraq buranı hücum edənlərdən müdafiə edirlər.
Məsələ burasındadır ki, irqçilər miqrantların onların iş yerlərini tutduğunu düşünür. Digər bir qisim isə bu fikir qarşı çıxır. Belə ki, anti- faşistlər düşünür ki, ingilislər öz təbiətlərinə uyğun olaraq ağır iş rejiminə alışıq deyillər. Onlara görə də İngiltərənin miqrantlara hava və su kimi ehtiyyacı var.
Ümumilikdə isə irqçilərin vahid şüarı yoxdur. Onların bəzisi bütün miqrantlara, bəzisi qara olanlara bəziləri isə qanunsuz miqrantlara etiraz edir. Bütün bu səbəblərə görə də onlar vahid fikir altında birləşərək nələrsə əldə edə bilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB