“Fransa bütün dünyanın gözündən düşdü” - DEPUTAT DANIŞDI

“Fransanın davranışları birmənalı qəbul edilmir. Təəssüf ki, biz Fransanın davamlı olaraq təxribatlar törətdiyinin şahidi oluruq. Hazırda bütün dünya Fransada baş verən son hadisələrdən bəhs edir. Fransa olimpiya oyunlarına ev sahibliyi etməyə hazır olmadığını nümayiş etdirir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi də göz önündədir: “Fransa oyunları siyasiləşdirir, xristianlığı təhqir etdi. Bu oyunlardan sonra Fransa haqqında yaxşı fikir söyləmək mümkün deyil. Çünki atılan addımlarla Fransa bütün dünyanın gözündən düşdü və hansı dəyərlərə malik olduğunu bir daha göstərmiş oldu. Bu mənada bu gün Fransaya hansısa normal münasibətdən söhbət gedə bilməz, kifayət qədər qalmaqallı məsələlər mövcuddur.
Fransa idman tarixinə “yaramaz” bir dövlət kimi düşdü. Uzun illər bütün dünya bu məsələdən bəhs edəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə