“İsrail-Həmas qarşıdurmasının taleyində köklü dönüş yarandı” - ŞƏRH OLUNDU

“Haniyənin öldürülməsi istənilən halda Həmasdakı fikir ayrılığını daha da gücləndirəcək. Həmçinin Həmas daxilində müəyyən problemlərə səbəb ola bilər ki, bu problemlər istənilən formada sonrakı dövrlərdə İsrailə qarşı mübarizədə də vəziyyətin başqa formada olmağına səbəb ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

O bildirib ki, istənilən halda Haniyə kifayət qədər Həmasın təsir göstərdiyi dairələrdə sözü keçən adam idi: “Bütövlükdə Hamiyənin öldürülməsi həm Həmas, həm də Həmasa dəstək olan İran və “proksi” İran qüvvələrinə qarşı olan etimadı aşağı salacaq.
Amma bu hadisədən sonra zənnimcə, İsraillə Həmas arasındakı qarşıdurma da dərinləşəcək. Artıq ya Haniyənin qisası məqsədilə İsrailə qarşı daha radikal addımlar atılacaq, ya da ola bilsin ki, ümumiyyətlə Həmas daxilində ciddi parçalanmalar hökm sürəcək. Bundan sonra Həmasın İsrailə qarşı hansısa “müqavimət”ində də fasilələr yaranacaq. İstənilən halda İsrail-Həmas qarşıdurmasının taleyində köklü dönüş yarandı”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə