“Hər hansı çərçivə sənədi və ya sülhlə bağlı niyyət sazişi imzalana bilər“ - ŞƏRH EDİLDİ

“Hər hansı çərçivə sənədi və ya sülhlə bağlı niyyət sazişi imzalana bilər“ - ŞƏRH EDİLDİ

“Erməni tərəfinin sülh sazişi ilə bağlı manipulyasiyaları göstərir ki, Ermənistan sülh sazişini tez bir zamanda imzalamaq istəmir. Əslində son dövrlər Avropa qurumları tərəfindən Ermənistana müxtəlif vədlərin verilməsi, yardımların ayrılması, Ermənistanla Aİ arasında viza rejiminin liberallaşdırılması ilə bağlı ortaq anlaşmanın olması Ermənistan ərazilərində Avropa İttifaqının mülki müşahidə missiyası adı altındakı qrupları və Fransanın Ermənistanın silahlandırması Ermənistanın sülhdən yayınmasına səbəb olur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Politoloq bildirib ki, Ermənistanın sülh sazişi məsələsində manipulyasiyalara getməsi, həm də onunla bağlıdır ki, Paşinyan bu məsələ guya pozitiv bəyanatlar versə də əslində Ermənistanın heç bir formada sülhlə razılaşmadığını göstərir.

Sülh sazişi çox geniş anlayışdır, tamamilə yetkin sazişin imzalanması üçün mütləq şəkildə Azərbaycan ərazilərinə qarşı olan iddialar Ermənistan konstitusiyasından çıxarılmalıdır. Ermənistan bütövlükdə öz konstitusiya dəyişikliyini həyata keçirmək üçün referendum həyata keçirəcək, bu da qısa müddətdə baş tutmayacaq. Buna görə də Ermənistanın konstitusiya dəyişikliyi məsələsi sülh sazişi məsələsində mövqelərində Azərbaycan tərəfinin bütövlükdə tələbləri haqlıdır, beynəlxalq hüquq normalarına uyğundur. Görünən odur ki, bu il ərzində Ermənistan konstitusiyada hər hansı dəyişikliyi etməyəcək. Bu isə sülh sazişinin yaxın bir il ərzində imzalanmayacağını göstərir. Lakin COP29 ərəfəsində hər hansı çərçivə sənədi və ya sülhlə bağlı niyyət sazişi imzalana bilər. Hazırki dövrdə bu daha real görünür”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə