"Beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycan dövlətinə etimaddan irəli gəlir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycan dövlətinə etimaddan irəli gəlir" - MÜNASİBƏT BİLDİRİLDİ

"2024-cü il 11-22 noyabr tarixlərində ölkəmizdə keçiriləcək Qlobal iqlim dəyişikliyi ilə tədbirə ölkəmiz ev sahibliyi edəcək. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir çox beynəlxalq tədbirlərin keçirilməsində xüsusi rol oynamışdır. Hətta ərazilərimizin işğalda olduğu zamanlarda beynəlxalq əhəmiyyətli, o cümlədən istər geosiyasi, istərsə də regional maraqların olduğu layihələrin idarə olunması üçün Cənubi Qafqaz dövlətlərindən öndə olan həmişə Azərbaycan olmuşdur". Bunu SİA-ya açıqlamasında AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Ədalət Mustafayev deyib.

O bildirib ki, müxtəlif səviyyəli tədbirlərin keçirilməsi üçün bir ənənə lazımdır ki, bu tələblərə də yüksək səviyyədə həm təşkilatlar baxımından, həm də kadr potensialı baxımından yetərincə təcrübə vardır: "Bu tipli tədbirlərin həm siyasi - iqtisadi, həm də sosial əhəmiyyəti vardır. Geosiyasi maraqlar kontekstində regional gücə çevrilən Azərbaycan dövləti düşmən üzərində qələbə çalaraq, torpaqlarımızı azad etməsi beynəlxalq səviyyədə diplomatiyada üstünlük əldə etmişdir. Bütün bunlara baxmayaraq, bir sıra dövlətlər bu qalibiyyəti həzm edə bilmir, Ermənistanın kapitulyasiya aktına imza atmasına baxmayaraq, demorkasiya və delimitasiyanın sürətli aparılmasına mane olurlar. O cümlədən son illər Avropa İttifaqı missiyasının Ermənistanda fəaliyyəti qəbuledilməzdir.

Beynəlxalq əhəmiyyətli tədbirlərin ölkəmizdə keçirilməsi də müəyyən mənada diplomatiyada üstünlüyümüzü təşkil edə bilər. İkinci məqam ondan ibarətdir ki, təşkil olunan tədbirə 100 mindən yuxarı insanın cəlb edilməsi turizm potensialına gələcəkdə töhfə verə bilər ki, bu da iqtisadi cəhətdən gələcək iqtisadiyyatımızın qurulmasında xüsusi önəm kəsb edə bilər. Tədbirə cəlb olunan turistlərin işğaldan azad olunan ərazilərimizə səfərini təşkil edə bilərik ki, bununla da həm dağıdılmış əraziləri görməklə erməni vəhşiliyinin şahidi olar, həm də Azərbaycan Respublikasının qısa müddətdə necə sürətli yeni quruculuq işlərinə start verməsini müşahidə etmiş olarlar. Həmçinin müxtəlif dövlətlərdən gələn nümayəndələrlə bir sosiallaşma prosesi də baş verər ki, gələcəyə hesablanmış güclü dövlətçilik strategiyasında da vacib irəliləyişlər ola bilər.

Təhlillər onu deməyə əsas verir ki, COP 29-dan sonra Azərbaycanda təbiət elmlərinin öyrənilməsi üçün yeni imkanlar açıla bilər. Bütün bunları nəzərə alaraq qeyd edə bilərəm ki, beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi Azərbaycan dövlətinə və dövlət başçısına olan etimaddan irəli gəlir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə