"Ordunun gücü əsgər və zabitin döyüş ruhundan asılıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Müasir hərbi texnika və silahlarla təchiz edilmiş Azərbaycan ordusu bütün meyarlar üzrə dünyanın qabaqcıl dövlətlərinin, ordularının cərgəsindədir". Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Qasımlı deyib.

Millət vəkili bildirib ki, BMT-nin 200-ə yaxın üzv dövlətinin olmasını, Azərbaycanınsa 30 ildən çox müstəqil dövlət kimi yaşamasını nəzərə alsaq, ordumuzun ilk 50-55 yerdə qərar tutması dövlətimizin qüdrətinin göstəricilərindən biridir: "Ordunun gücü təkcə müasir döyüş-texnika və silahlarla ölçülməz. Ordunun gücü əsgər və zabitinin döyüş ruhundan asılıdır.

Bu gün Azərbaycan ordusu kazarma və təlim ordusu deyil. Azərbaycan ordusu döyüş meydanından qalibiyyətlə çıxmış, düşməni əzərək torpaqlarımızı işğaldan azad etmiş bir ordudur. Döyüş ruhu baxımından Azərbaycan ordusu dünyanın ən qabaqcıl ordularından biridir. Cənab Prezidentimiz İlham Əliyevin bilavasitə diqqəti ilə orduya xüsusi diqqət ayrılır. Müdafiə və təhlükəsizlik xərcləri dövlət büdcəsində ildən-ilə artırılır, Müdafiə Sənayesi kompleksi yaradılıb".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə