“Azərbaycan ordusu həm müharibə, həm də sülh dövründə öz fəallığı ilə fərqlənir” - ŞƏRH EDİLDİ

"Müasir Azərbaycan bir çox sahələrdə qazandığı uğurlara görə dünyada fərqlənir. Bu sırada ordu quruculuğu da var. Çünki Azərbaycanda həyata keçirilən ordu quruculuğu öz effektivliyi ilə dünyaya bir nümunədir". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının “UNİTY Company” ərazi partiya təşkilatının sədri Fikrət Əliyev deyib.

Onun sözlərinə görə əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən ordu quruculuğu siyasəti öz bəhrəsini verib: "Bu gün Azərbaycanda dünyaya nümunə olacaq ordu, silahlı qüvvələr var. Hansı ki, 2020-ci il 44 günlük Vətən müharibəsində biz Silahlı Qüvvələrimizin, Ordumuzun nəyə qadir olduğunu gördük. Məhz həmin savaşda göstərilən misilsiz şücaət dünyaya da nümunə oldu".

F.Əliyevin sözlərinə görə növbəti dəfə 26 iyun - Silahlı Qüvvələr Gününü qeyd etdiyimiz bir vaxtda qalib Azərbaycan ordu quruculuğunu yenə də davam etdirir: "Cənab Prezident qarşıya konkret vəzifələr qoyub və bundan irəli gələrək ordu quruculuğu yeni mərhələyə qədəm qoyub. Bununla yanaşı Azərbaycan ordusu türk dünyasında sözügedən sahədə atılan addımlarda öz fəallığı ilə fərqlənir. Birgə hərbi təlimlər, hərbi-texniki bazanın yenilənməsi və güclənməsi, yeni ordu birliklərinin yaradılması ordumuzun döyüş qabiliyyətini daha da artırır".

F.Əliyev sonda "bir sözlə, bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan ordusu həm müharibə, həm də sülh dövründə öz fəallığı ilə fərqlənir" deyib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə