Türk dövlətləri nazirləri Şuşada bir araya gəlir

Türk dövlətləri nazirlərinin elm və təhsil sahəsində növbəti iclasları Şuşada keçiriləcək.

SİA-nın əldə etdiyi məlumata görə, iyunun 1-də Şuşa şəhərində Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII Toplantısı və Türk Akademiyası Elmi Şurasının VII Yığıncağı olacaq.

Toplantılarda Türk Dövlətləri Təşkilatı, həmçinin Türk Akademiyasına üzv və müşahidəçi dövlətlərin nümayəndə heyətləri iştirak edəcəklər.

Tədbirlər zamanı ölkə nümayəndələri arasında ikitərəfli görüşlər keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə