"İki həftə ərzində dünya Azərbaycan, Bakı deyəcək" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Azərbaycan müstəqilliyini əldə etdikdən sonra inkişaf etdikcə, həm də eyni vaxtda böyük dünya səviyyəli və qlobal tədbirlərin ev məkanına çevrilib". Bu sözləri SİA-ya açıqlamasında Vüqar İskəndərov deyib.
O bildirib ki, əsas da bu tədbirlərin yüksək səviyyədə təşkil edilməsi, ən yüksək standartlarla təşkil olunması artıq brend halına çevrilməsi, bu gün hamı tərəfindən normal qəbul edilən məsələdir: "Yəni ölkəmiz keçirilən mədəniyyət, idman tədbirlərini, beynəlxalq, dünya səviyyəli bu tədbirləri ən yüksək səviyyədə təşkil etmək bacarığı və təcrübəsinə malikdir.
Təbii olaraq COP29 indiyə qədər keçirilən ən böyük tədbir olacaq. 70-100 minə yaxın qonağın gələcəyi, iki həftə ərzində ölkəmizdə olacaq bu tədbir bir daha həmin bacarıqlarımızı əminik ki, üzə çıxaracaq. İndiyə qədər 28-də keçirilən bu tədbirin 29-cusunun Bakıda keçirilməsi düşünürük ki, həmin iqlim sammitinin keçirdiyi tədbirlər içində ən yüksək səviyyədə hazırlanmasını bütün dünyaya göstərəcək. Təbii ki, bütün bu tədbirlər olsun, Avropa oyunları, İslam Həmrəyliyi oyunları, Şahmat Olimpiadası, Olimpia Təsnifat İdman yarışları, Dünya Avropa Çempionatları, beynəlxalq humanitar tədbirlər, elmi konfranslar, multikultural tədbirlər, "Formula 1", bütün bu qlobal tədbirlərə ev sahibliyi etməyimiz Azərbaycanın müsbət imicinin formalaşdırılması, dünyada daha yaxşı tanıdılması və söz sahibinə çevrilməsi üçün çox önəmli məsələ sayılmalıdır. Belə tədbirlər daha çox bizi dünyada tanıdır, Azərbaycan dövlətini, xalqını, mədəniyyətini, incəsənətini, mətbəxini, dövlət quruluşunu, insanın həyat tərzini və bütün sadalamadığımız bir çox məsələləri bütün dünya insanına göstərmiş olur.
COP29 zamanı iki həftə ərzində dünya, demək olar ki, Azərbaycan, Bakı deyəcək və bununla da ölkəmiz bütün dünyanın diqqət mərkəzində olacaq. Böyük məsuliyyətli məsələdir. Ölkə başçısının rəhbərliyi altında çox böyük işlər görülməlidir. Təşkilat komitəsində müvafiq işlər yüksək səviyyədə görülür. Biz əminik ki, bu tədbir də digərləri kimi ən yüksək səviyyədə hazırlanıb həyata keçiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB