Avropa Parlamentinin üzvü Azərbaycanda səfərdədir

Avropa Parlamentinin üzvü Azərbaycanda səfərdədir

Azərbaycanda səfərdə olan Avropa Parlamentinin üzvü Xaviyer Nart mayın 13-də Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb. Bu barədə SİA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Sonra Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə