Azərbaycanda qadınların fəallığının artırılmasına ehtiyac duyulan sahələr var - ƏLİ ƏHMƏDOV

Azərbaycanda qadınların fəallığın artırılmasına ehtiyac duyulan sahələr var. SİA xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr, Qadınların iqtisadi hüquq və imkanlarının genişləndirilməsi və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda keçirilən 4-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda qadın və kişilərin əməkhaqları arasındakı fərqlərin aradan qaldırılması, ictimai-siyasi həyatda, iqtsadi fəallıqda qadınların rolunun artırılması hökümətin qarşıya qoyduğu vəzifələrdəndir:

"Ümumilikdə, bu vəzifələrin bir hissəsi yerinə yetilirib və Azərbaycan qadınları ölkə həyatında çox fəal şəkildə iştirak edirlər. Hətta bir sıra sahələr var ki, qadınlar kişilərdən daha fəaldırlar. Ancaq Azərbaycan cəmiyyəti üçün böyük əhəmiyyət daşımasa da, problem olaraq mövcudluğunu etiraf etdiyimiz qadına qarşı şiddətin aradan qaldırılması da Azərbaycan hökumətinin DİM istiqamətində həyata keçirmək istədiyi layihələrdən biridir".

Bütün xəbərlər Facebook səhifəmizdə