DSX Qubadlıda yeni inşa olunmuş yaşayış binasını istifadəyə verib - FOTOLAR

Dövlət Sərhəd Xidməti (DSX) Qubadlıda yeni inşa olunmuş yaşayış binasını istifadəyə verib. Bu barədə SİA-ya DSX-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aprel ayının 23-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasında əsaslı təmir olunan yaşayış binası xidməti istifadəyə verilib.

Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.

Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant İlham Mehdiyev xidməti istifadəyə verilmiş yaşayış binasında yaradılmış şəraitlə tanış olub və xidməti mənzillərə baxış keçirib.

Bildirilib ki, yeni istifadəyə verilmiş 3 mərtəbəli yaşayış binası 19 mənzil, 3 istirahət otağı olmaqla ümumi 86 çarpayıdan ibarətdir. Bütün mənzillər təmirlidir və mətbəx mebeli ilə təchiz olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə