Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub

Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub. SİA-nın xəbərinə görə, sözügedən vəzifəyə Alptekin Cihangir İşbilir təyinat alıb.

Türkiyəli diplomat ölkənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüb və artıq vəzifəsinin icrasına başlayıb.

Xatırladaq ki, bundan öncə həmin vəzifəni Hüseyn Altınalan icra edib.

Bütün xəbərlər Facebook səhifəmizdə