Müxalifət üçün radikallıq və cəmiyyətin parçalanması daha önəmlidir - ŞƏRH

Cari ilin 21 aprel tarixində Milli Şura ilə AXCP-nin təşkilatçılığı altında keçirilməsi nəzərdə tutulan mitinq əslində fəaliyyətsiz və nüfuzsuz vəziyyətə düçar olan müxalifətin öhdəçilik əsasında fəaliyyətinin canlandırması üçün ortaya atdığı oyun hesab etmək olar. Özlərini müxalifət hesab edən bu insanlar regionda və ölkədə baş verən inkişafa heç bir yenilik gətirmirlər əksinə ancaq görülən işlərə kölgə salmaq niyyətindədirlər. Azərbaycanın işğalçı Ermənistanı tamamilə siyasi müstəvidə küncə sıxışdırdığı dövrdə, tarixi sülh müqaviləsini bağlamağa yaxın olduğu anda, Qazaxın kəndlərinin geri qaytarılmasının müzakirələri getdiyi zamanda AXCP ilə özlərini Milli Şura adlandıranların fəallaşması təsadüfi hesab olunmur. Müxalifət tərəfindən planlaşdırılan mitinq ölkədə yaranan siyasi sabitliyi pozmağa və hakimiyyətin gördüyü işlərə kölgə salınmasına xidmət edir. Bu gün özlərini radikal müxalifət hesab edənlərə təklif olunmuş siyasi dialoqdan imtina etməsi də onların himayədarlarının tələbidir. Onlar üçün siyasi dialoq və sivil yolla siyasi mübarizə yox, radikallıq və cəmiyyətin parçalanması daha önəmlidir. Bu baxımdan radikallıqları ilə müxalifət hesab olunanların cəmiyyətə müraciət etməyə və siyasətdə mövcudluqlarına lüzum yoxdur. Dünya siyasətində gedən prosesləri görə-görə insanları meydanlara çağırmaqla ölkədəki əminamanlığı, sabitliyin pozulmasına cəhd edilməsi xainlik və düşmənçilkdir. Xalqımız çox müdrik və uzaqgörəndir. Dünyada baş verən siyasi prosesləri yaxşı qiymətləndirə bilir və qərb dövlətlərinin məkrli planlarını hər kəs tam reallığı ilə məlumdur.

Xalqımız əldə olunan uğurları yüksək dəyərləndirir və hakimiyyət tərəfindən aparılan müstəqil siyasəti dəstəkləyir. Bu baxımdan xalqımız özlərini həqiqət carçısı kimi qələmə verən radikal müxalifətin çağırışlarına əhəmiyyət verməyəcək.

Milli Məclisin deputatı

Rauf Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə