“Zərifə Əliyeva ictimai xadim kimi sülh işinə töhfə vermiş bir şəxsiyyət olub” - ŞƏRH EDİLDİ
“Akademik Zərifə Əliyeva təkcə tibb aləminin görkəmli alimi deyil, eyni zamanda tanınmış ictimai xadim olub. Zərifə xanımın göz xəstəliklərinə dair apardığı tədqiqatlar istehsalatda çalışan minlərlə insanı xəstəliklərdən xilas edib, onlara həyat verib”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib.
Deputat sözlərinə davam edərək bildirib ki, Zərifə Əliyevanın əsərləri bugünkü gündə də alimlər üçün mötəbər mənbələrdəndir və hələ də istifadə olunur: “Zərifə xanım ictimai xadim kimi sülh, əməkdaşlıq işinə töhfə vermiş bir şəxsiyyət olub. Həm Azərbaycanın, həm də o dövrdə bütün ölkənin sülh təşkilatlarının işində yaxından iştirak edib, xalqların, mədəniyyətlərin bir-birini tanımasında, qarşılıqlı anlaşmada müstəsna xidmətlər göstərib”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB