Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub - MN

Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub - MN

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 9-u saat 10:40 radələrində İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə SİA-ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", - məlumatda vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə