"Özlərini Azərbaycan cəmiyyətinin gözündə sıfıra endirirlər" - MÜNASİBƏT BİLDİRİLDİ
"Radikal müxalifət, xüsusilə də, AXCP sədri və onun bir qrup ətrafında olan başıpozuq insanlar zaman-zaman Azərbaycanda təhqirin və söyüşün milli mentalitetimizə uyğun olmayan hərəkətlərin müəllifləri olublar". Bu sözləri SİA-ya açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib.

O bildirib ki, bu gün də həmin iyrənc siyasət davam etdirilir: "AXCP sədri, əlbəttə, xarici ölkələrdə Azərbaycanın əleyhinə şər və qarayaxma kampaniyasında iştirak edən bəzi yaramaz ünsürlərin həm ideyaverici qüvvəsidir, həm də onları dəstəkləyən qüvvələrdən olan Əli Kərimli və onun partiyadaşlarıdır.
Təəssüf ki, bu şəxslər sivil siyasi mübarizə aparmaq əvəzinə bu cür iyrənc və yaramaz əməllərə əl atırlar. Özlərini daha da Azərbaycan cəmiyyətinin gözündə sıfıra endirirlər. Məlumdur ki, bu cür insanların, siyasi dairələrin özlərini siyasi partiya adlandırılan bu qüvvələrin cəmiyyətimiz arasında heç bir siyasi dayağı yoxdur. Heç vaxt da olmayıb. Bundan sonra da ola bilməz. Çünki həmin siyasilərin iç üzünü, onların mahiyyətini, nədən ibarət olduğunu xalq çox gözəl bilir.
Bu gün də, təəssüf ki, həmin qüvvələr Azərbaycan dövlətinin uğurlarına, ərazi bütövlüyümüzün bərpa edilməsi istiqamətində tarixi qələbələrinə kölgə salmaq istəyirlər. Hətta Ermənistanı, separatçı və işğalçı Ermənistan siyasi rəhbərliyini dəstəkləməklə bağlı çağırışların da şahidi olmuşuq. Bu siyasi dairələrin, insanların yeganə məqsədi Azərbaycan dövlətini, hakimiyyətini gözdən salmaqdan ibarətdir. Amma biz reallıqla görürük ki, onlar nəinki buna nail ola bilirlər, hətta özlərini də bu cür bədxah, bədnam əməlləri ilə olmayan səviyyədən də aşağı salmağa çalışırlar. Buna da nail olurlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB