Əli Kərimli “muzdlu” rolunda ANALİZ

Əli Kərimli “muzdlu” rolunda ANALİZ

Azərbaycanın dünya miqyasında yerinin və rolunun daha da artması bəzi xarici qaranlıq dairələri ciddi şəkil də narahat etməyə başlayıb. Bu baxımdan hər cür iyrənc vasitə və üsullardan istifadə etməklə ölkəmizin sürətlə artana nüfuzuna xələlə gətirməyə çalışırlar. Bu istiqamət də Fransa, Almaniya, ABŞ kimi bəşəriyyətin varlığına təhlükə hesab olunan dövlətlər daha çox can fəşanlıq göstərirlər. Avropa İttifaqının ardıcıl olaraq üç dəfə Azərbaycan əleyhinə qətnamə qəbul etməsi ə terrorçu xislətli qüvvələrin məkrli pozucu fəaliyyətlərinin və hədəflərinin nədən ibarət olduğunu nümayiş etdirir. Nədən ki, Azərbaycan güclənir, dünya siyasətində gedən proseslərə təsir etmək imkanı qazanır. Ona görə ki, qısa müddət də Ermənistanın işğalı altında olmuş torpaqlarımız azad edib, ərazi bütövlüyümüzü və suverenliyimnizi bərpa etdik. 30 il Azərbaycan torpaqlarını işğal altında saxlamış Ermənistana istə gözün üstə qaşın var deyən yoxdur. Əksinə Ermənistandakı separatçıları qızışdırmaqla regionda onsuzda kövrək olan vəziyyəti gərginləşdirməyə cəhd edirlər. Qərb və ABŞ bildikləri halda ki, Ermənistan Azərbaycanın 8 kəndini hələ də işğal altında saxlayırlar, susurlar. Bununla yanaşı Qərbi Azərbaycanlılar hələ də öz doğma yurd-yuvalarına qayıda bilmirlər. Çünki Ermənistanın hakim rejimi min bir hiylə yaradır. Bəzən qaranlıq dairələr özlərindən mifik iddialar uydurub, iddia edirlər ki. guya Azərbaycan Zəngəzuru işğal etməyə, Ermənistanla sərhəddə yeni ərazilər zəbt etməklə, yeni postlar qurmağa hazırlaşır.

Əli Kərimli simasını qoruya bilməyəcək

Avropa İttifaqının nümayəndəsi Cozef Borel bir qədər də həyasızlıq edərək, hədələyici bəyanatla çıxış edərək bildirib ki, Azərbaycan Ermənistan ərazilərini işğal etsə Avropa İttifaqı Ermənistan yardımçı olacaq. Lakin Bu erməni keşişlərinin əlinin altında qəpik-quruşa klonluk edən məxluq real dağıntılar, real işğal, real deportasiya və soyqırımı görməyib “mifik” təhdidlərə görə Azərbaycana “xəbərdarlıq” edir. Bu, ikili standartlar siyasəti və “səlibçilərin” fəlsəfəsi – azərbaycanlılar onlar üçün maraqlı deyil, xristian ermənilərin bütün cinayətlərinə isə göz yumulur. Qərəzli fikirlərə, yersiz açıqlamalarına görə üzr istəməkdənsə Avropa İttifaqının baş bilənləri yeni - yeni “nayomnik”lərini Azərbaycana qarşı səfərbər edir. Bu dəfə meydanda daha çox sapı özümüzdən olan baltalar görünür. Xüsusilə də AXCP sədri Əli Kərimli, Müsavat başqanı Arif Hacılı, Milli Şuranın sədri Cəmil Həsənli və digərləri sanki erməni qucağından düşüblər, Azərbaycana qarşı hər cür hədyanlar, qarayaxmalar səsləndirilər. AXCP sədri Əli Kərimli açıq şəkildə ABŞ-ın və Fransanın qaranlıq dairələrinin mövqeyini tirajlayır. Halbuki, sözügedən dövlətlərin bəzi üzdəniraq vəzifəli şəxslərinin Azərbaycana yönəlik haqsız və ədalətsiz mövqeləri Azərbaycan cəmiyyətində haqlı narazılıqlar yaradır. Bu yaxınlarda isə Fransanın Azərbaycanda casus şəbəkəsi ifşa olundu. Bütün bunlara Ə.Kərimlinin göz yumması və getdikcə daha geniş formada xarici maraqlı dairələrlə əməkdaşlığını dərinləşdirməsi, haqlı suallar yaradır: Niyə Ə.Kərimli Azərbaycan cəmiyyəti ilə həmfikir deyil? Nəyə görə Ə.Kərimli fransız casus şəbəkəsinin ifşa edilməsinə münasibət bildirmir? Susması və özünü lal və kar kimi göstərməyə çalışması onu deməyə əsas verir ki, ya Ə.Kərimli həmin casus şəbəkəsinin içindədir, ya da Avropa mərkəzlərindən susması üçün maddi yardımlar alır.

Əli Kərimli trolluq edir

Siyasi baxışlarında və fəaliyyətində ciddi qüsurlara malik partiya sədri kimi tanınan AXCP sədri Əli Kərimli yanlış açıqlamaları ilə özünü bir qədər də çirkaba bulaşdırmış olur. Bəzən elə açıqlamalar verir, iddialar irəli sürür ki, sanki orta əsrlər dövrünə qayıtmışıq, müasirlik, yenilik deyilən proseslər mövcud deyil. Kim nə istədi onu edə bilər, hansı dövlət nəyə nail olmağı hədəflədisə onu reallaşdıra bilər. Xüsusilə də, bu məxluq qara niyyətlərini Azərbaycan vasitəsi ilə gercəkləşdirməyə çalışır. Deyir ki, guya Azərbaycan Zəngəzur dəhlizini alıb, Rusiyaya təhvil verməyə hazırlaşır: “Xeyli müddətdir ki, Rusiya rəsmiləri Azərbaycanı Ermənistanla yeni savaşa təhrik edirlər. Ermənistanı bizim adımızla hədələyirlər. "Ermənistan dövlət kimi olmayacaq, onun yerində Qərbi Azərbaycan olacaq" dey bildirilər”.

Bu məxluq hələ də anlamır ki, Azərbaycan azad, demokratik dövlətdir. Özü müstəqil qərarlar verir və lazım gələn də özü həmin qərarların icrasını həyata keçirir. Necə ki, 44 günlük Vətən Müharibəsində və 23 saat 44 saat çəkən antiterror əməliyyatlarını özü təkbaşına qərar verməklə həyata keçirdi. Nəyi, necə, nə zaman etməyi də Azərbaycanın Lideri bilir. Əgər lazım gələcəksə ki, Zəngəzur işğalçılardan təmizlənsin, o zaman məsələni hansısa qüvvə ilə müzakirə etmədən dəmir yumuruq işə düşəcək. Hələlik isə Azərbaycanın belə bir niyyəti yoxdur. Bu barə də dəfələrlə ən yüksək kürsülərdən fikirlər səsləndirilib. Ona görə də yaxşı olardı ki, Ə.Kərimli və xarici məkrli dairələr hələlik arxayın ola bilərlər.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə