"Azərbaycan qardaş Türkiyə ilə çiyin-çiyinə dünyadakı yerini göstərir" - HULUSİ KILIÇ

"Azərbaycan qardaş Türkiyə ilə çiyin-çiyinə dünyadakı yerini göstərir" - HULUSİ KILIÇ

“Bakı Qlobal Forumunun keçirilməsi artıq ənənə halını alıb. Bu il XI Bakı Qlobal Bakı Forumu keçirilir. Forumun mövzusu isə “Parçalanmış dünyanın bərpası” adlanır. Forum son dərəcə vacibdir, mövzusu da oldquca əhəmiyyətlidir. Qlobal təhlükəsizlik təhlükəsizlik sahəsində əməkdaşlığın müzakirə edilməsi, iqlim dəyişiklikləri, COP29-un hazırlıqları ilə bağlı keçirilən bu forum önəm daşıyır”. Bu barədə SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.

Onun sözlərinə görə, forumda 70 ölkədən 350 yüksək vəzifəli şəxs iştirak edir: "Bu iştiraklar forumun vacibliyini bir daha sübut edir: “Bakının belə bir foruma ev sahibliyi etməsi Azərbaycanın prestiji baxımından müsbət haldır. Forumda Qəzzada, Ukrayna və Rusiya arasında davam edən müharibələr də müzakirə edilib. Dünyanın müxtəlif yerlərində baş verən probelmlərin həlli yolları da müzakirə mözvusuna çevrilib. Mövzulara nəzər yetirdikdə bu forumun nə qədər önəmli və doğru zamanda olduğunu görə bilərik. Bu forumun Azərbaycanda keçirilməsi bütün türk dünyası üçün qürur mənbəyidir. Dünyanın müxtəlif yerlərindəki problemlərə həll yolu tapmaq üçün mübarizəsi də başda Azərbaycan və Türkiyə olmaqla bütün türk dünyasında xüsusi yerə malikdir. Türk dünyası problem yaradan yox, həll edən və dünyanın müxtəlif yerlərindəki problemlərə həll axtaran bir quruluşdur. Azərbaycan da türk dünyasının ən aktiv, fəal üzvlərindəndir”.

H.Kılıç bildirib ki, Azərbaycandakı bu tədbirlərə əhəmiyyət verilir və Türkiyədə keçirilmiş kimi qəbul edilir: “Bu Forum mənə görə türk dünyasının mədəni mərkəzi olan Bakıda keçirilməsi də hamımıza qürur yaşatmaqdadır. Foruma cənab İlham Əliyevin şəxsən qatılması da bunun nə qədər vacib olduğunu açıq şəkildə göstərir. Cənab Prezidentin “Ermənistanla problemimizi həll etməyə heç vaxt bu qədər yaxın olmadıq” ifadəsini işlətməsi də vacibdir. Ümidimiz Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin ən tez zamanda imzalanması və beləliklə Qafqazlarda sülhün, əmin-amanlığın və inkişafın başlamasıdır. Azərbaycanın sülh müqaviləsinə ehtiyacı yoxdur, amma Ermənistanın var. Azərbaycan torpaqlarını bərpa edib və qardaş Türkiyə ilə çiyin-çiyinə dünyadakı yerini göstərir”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə