Rusiya ilə Azərbaycan arasında münasibətlər rus dili və iqtisadiyyat sahəsində birgə layihələr sayəsində möhkəmlənəcək. Martın 11-də Rusiyanın baş naziri Mixail Mişustin baş nazir müavinləri ilə operativ müşavirədə iki ölkə hökumətləri arasında aparılan danışıqların nəticələrinə yekun vurub.
...Danışıqlar zamanı biz ikitərəfli gündəliyin ən mühüm mövzularına toxunduq. Bunlara enerji, sənaye, nəqliyyat infrastrukturu, kənd təsərrüfatı və əczaçılıq sahələrində əməkdaşlıq daxildir. Biz birgə layihələr üzərində işi gücləndirmək və qarşılıqlı sərmayələrin cəlb edilməsi üçün ən rahat, əlverişli şərait yaratmaq barədə razılığa gəldik.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Mişustin “Rossiya 24” telekanalının efirində deyib.
Hökumət həmçinin respublikada rus dilinin dəstəklənməsi və inkişafı, bir hissəsi Azərbaycan ərazisindən keçən Şimal-Cənub nəqliyyat dəhlizinin tikintisi ilə bağlı tədbirlər görəcək. “Həmkarlar! Nəzarət etdiyiniz ərazilərdə azərbaycanlı həmkarlarımızla əldə edilmiş razılaşmaların necə yerinə yetirilməsinə diqqətlə nəzarət edin”, - deyə Mixail Mişustin baş nazirin müavinlərinə göstəriş verib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB