Qazaxıstanla Azərbaycan geniş imkanlara malik iki qardaş dövlətdir – ŞƏRH EDİLDİ
“Qazaxıstan və Azərbaycan iki qardaş dövlətdir. Xalqlarımız ictimai-siyasi formasiyadan asılı olmayaraq, uzun əsrlər boyu sülh, qardaşlıq, əməkdaşlıq şəraitində yaşayır. Artıq 30 ildən çoxdur ki, iki müstəqil dövlət olaraq həm beynəlxalq strukturlarda, həm də ikitərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərirlər. Son vaxtlar qarşılıqlı səfərlərin dinamikası da artıb. Bu da münasibətlərə yeni dinamizm verir. Bu gün iki ölkə rəhbərləri arasında keçirilən görüşlər və aparılan müzakirələr bird aha bunu deməyə əsas verir ki, Qazaxıstanla Azərbaycan arasında etibarlı dostluq və müttəfiqlik əlaqələri var və bu, yüksələn xəttlə inkişaf edir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşündə müzakirə olunan çoxlu mövzular var idi: “Nəqliyyat-logistika, energetika, rəqəmsallaşma, humanitar əməkdaşlıq sahələrində məsələləri aydınlaşdırmaq fürsəti əldə edildi. Bütün istiqamətlər üzrə işlər uğurla aparılır. Bu gün Astana və Bakı yüksək səviyyəli əməkdaşlıq nümayiş etdirir və birgə işin yeni sahələrini inkişaf etdirir. Keçirilən görüş zamanı ticarət-iqtisadi, investisiya əməkdaşlığı, beynəlxalq aləmdə qarşılıqlı fəaliyyətlə bağlı məsələlər ətraflı müzakirə edildi. Bu onu deməyə əsas verir ki, Qazaxıstan və Azərbaycan əslində strateji tərəfdaş, müttəfiq dövlətlərdir. Hökumətlərin bu gün imzalanmış sənədlərin və sazişlər şəklində əldə olunan razılaşmaların həyata keçiriəcəyi təqdirdə perspektivlər çox yaxşı olacaq. Qeyd edək ki, 2020-ci ildən bəri Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi 5 dəfə artıb. Ölkələrimiz mühüm iqtisadi potensiala malikdir. Əməkdaşlığın diapazonu çox genişdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB