"Dünyaya bəlli olan layihələr həyata keçiririk" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Cənab Prezident indi ən gənc, yüksək savadlı insanları irəli çəkir, təyin edir və onlardan işlərini ümumi inkişaf üçün, Azərbaycanın inkişafı üçün tələb edir". Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.

Deputat bildirib ki, normal prosesdir: "Yenilənmə gedir, yeni kadrlar, insanlar, simalar gəlir. Hansı ki, əksəriyyəti dünyanın aparıcı ali məktəblərinin məzunlarıdır. Onlar Cənab Prezidentin xəttini daha yeni formatda həyata keçirirlər.
Ümumiyyətlə, iqtisadçı-alim kimi həmişə Con Meynard Keynsin nəzəriyyəsinin tərəfində olmuşam. Keysin nəzəriyyəsi bu gün o deməkdir ki, bunu İngiltərə, qismən Amerika həyata keçirib böhrandan çıxıb. Bir çox ölkələr - İngiltərə, Almaniyada bu tətbiq olunub. Dövlətin iqtisadiyyatına iki növ müdaxilə var. Birinci, idarəetmə, ikinci müdaxilədir, yəni tənzimləmə. Onun tərəfdarıyam ki, dövlət makroiqtisadi tənzimləməni həmişə həyata keçirsin.
Cənab Prezidentin iqtisadi siyasətinin əsas məqamları ondan ibarətdir ki, bu tənzimləmə birbaşa milli maraqlar, xalqın rifahı, ümumi milli fikirlər həyata keçməklə bağlıdır.
Bunun son 20 il ərzində müsbət nəticələrini görürük. Biz böyük işlər görmüşük. Əgər 20 ildə iqtisadiyyat 4 dəfədən artıq artıbsa, yaşıl enerji, işsizlik azalması, bizdə 50% insan həyat tərzindən əziyyət çəkirdi, indi 5%-dir, bunu qeyd etmək lazımdır. Bizim strateji münasibətlər, tikilən qaz və neft boruları, dəmir, nəqliyyat yolları onu göstərir ki, biz ümumbəşəriyyət yolu ilə gedirik. Azərbaycan indi təkcə regionda yox, iki qitə arasında böyük iqtisadi mövqeyə, gücə malikdir. Budur bizim iqtisadiyyatımız. Bütün ölkələrlə münasibətlər qururuq. Təbii ki, bu gün Ermənistanı çıxmaq şərtilə transmilli layihələr həyata keçiririk. Dünyaya bəlli olan layihələr həyata keçiririk. COP 29 tədbiri o deməkdir ki, BMT-nin ən böyük iclaslarından artıq olan görüşdür. Biz torpaqlarımızı qaytardıq, torpaqlarda heç kimdən asılı olmadan quruculuq işləri görürük. Qızıl valyuta ehtiyatlarımızı 70 milyard dollara çatdırmışıq. İnkişafımızı təmin etmişik, gələcəyə ümidlə baxırıq. Makroiqtisadi bütün göstəricilər orta inkişaf etmiş ölkələrlə müqayisədə üstündür. Bunlar Cənab Prezidentin iqtisadi sahədə keçirilən siyasətinin nəticəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB