BAYKAR ilə Azərbaycan Müdafiə Nazirliyi arasında “Birgə tədqiqat, təkmilləşdirmə və istehsalat üzrə Əməkdaşlıq Sazişi” imzalanıb. Ötən il “Baykar Technology Azərbaycan” şirkətini istifadəyə verən BAYKAR əməkdaşlığını dərinləşdirir. Nəhayət, BAYKAR Azərbaycan Müdafiə Nazirliyi ilə “Birgə tədqiqat, təkmilləşdirmə və istehsalat üzrə Əməkdaşlıq Sazişi” imzalayıb.
Əməkdaşlıq sazişini BAYKAR-ın baş direktoru Haluk Bayraktar və Azərbaycanın müdafiə nazirinin müavini Aqil Qurbanov imzalayıblar. İmzalanma mərasimində Azərbaycanın müdafiə naziri general Zakir Həsənov, BAYKAR İdarə Heyətinin sədri Səlcuq Bayraktar və müqavilə tərəflərinin nümayəndələri də iştirak ediblər.
Haluk Bayraktar, X-də mövzu ilə bağlı paylaşımında, Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə gələcəyi formalaşdıracaq əhəmiyyətli bir addım atdıqlarını ifadə etdi.
“Birgə Araşdırma, İnkişaf və İstehsal üzrə Əməkdaşlıq Müqaviləsi”ni imzalayaraq iki qardaş ölkənin təhlükəsizliyi və tərəqqisi üçün bir araya gəldiklərini vurğulayan Bayraktar deyib: “Bu müqavilə texnoloji yeniliklərimizdən əlavə, aramızda möhkəm əməkdaşlığın və qarşılıqlı etimadın təzahürüdür. “Bir millət, iki dövlət” prinsipi ilə böyüyən qardaşlığımız bu birlik hissi ilə daha da güclənir. “Ümid edirəm ki, saziş ölkələrimiz üçün faydalı və xeyirli olacaq”.
NAMIK KEMAL YILDIRIM
SİA-nın Türkiyə təmsilçisi



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB