Neft və qazla zəngin ölkələr yaşıl enerjiyə keçid zamanı ön sıralarda olmalıdır

Azərbaycan üçün XXI əsr siyasi və iqtisadi hadisələrin zamanı kimi tarixiləşməkdədir. Cənub Qaz Dəhlizi və Yaşıl Enerji amilidə bu tarixi əhəmiyyətə malik olan hadisələrdən biri kimi səciyyələndirmək olar. Azərbaycan dövləti bu məsələlərə özəl siyasi dəstəyi ilə seçilir. Bunun məntiqi nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Bakıda müxtəlif formatda iclaslar keçirilir və müzakirələr aparılır. 1 Mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı ölkə başçısı cənab İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibə zamanı məsələlərlə bağlı müəyyən məqamlara aydınlıq gətirdi.

“Euronews” televiziya kanalının jurnalistinin verdiyi: Xahiş edirik, ilk növbədə, bizə bugünkü tədbirlərin enerji sənayesi üçün əhəmiyyətindən, Cənub Qaz Dəhlizinin uğurlu istismarı və inkişafındakı nailiyyətlər və gələcək addımlar barədə danışasınız – sualına cənab İlham Əliyev geniş və ətraflı cavab verərək bildirmişdir ki, “Bilirsiniz ki, biz bu layihəyə başlayanda bunun necə olacağına dair çoxlu müxtəlif ideyalar var idi. Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi. Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik. Lakin biz əzmli idik və bilirdik ki, bunu etmək mümkündür. Ancaq bizim geniş beynəlxalq əməkdaşlığa ehtiyacımız var idi. Ona görə də bizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq. Uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır və o, getdikcə daha çox ölkələri əhatə edir. Çünki bu gün açılış mərasimində dediyim kimi, bizim təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorlarımız var. Bu, həqiqətən də enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişir. On il bundan əvvəl başladılan təşəbbüsün yaxşı nəticələrini görəndə, əlbəttə ki, insan özünü hər zaman xoşbəxt hiss edir”. Cənab İlham Əliyevin müsahibəsini Azərbaycanın istər siyasi, istərsə də iqtisadi qüdrətinin təsdiqi kimi qiymətləndirmək lazımdır. Cənub Qaz Dəhlizi layihəsi ilə əlaqədar çoxlu sayda müxtəlif ideyalar var idi. Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi. Eyni zamanda elələri də var idi ki, düşünürdülər Azərbaycan bu layihəni uğurla həyata keçirə bilməyəcəkdir.
Eyni zamanda ölkə başçısı cənab İlham Əliyev müsahibəsi zamanı qeyd etmışdir ki, “Bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır.

Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik. Biz hər il bunu Bakıda görürük. Hər il biz Xəzər dənizinin getdikcə daha da dayazlaşmasının şahidi oluruq. Dəniz kənarında, hətta burada Bakının mərkəzində yaşayan hər kəs bunu görür. Biz iqlim dəyişikliyinin fəsadlarını, təhlükəli fəsadlarını görürük, çaylarımızda su azalır, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır. Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik”. Bu gün dünyada yanacaq problemi yaranır. Bu problem ancaq qarşılıqlı iqtisadi əməkdaşlıqla aradan qaldırıla bilər. Onun üçün də Azərbaycan dünyanın maraq dairəsində olan dövlətlər sırasındadır. Cənab İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibə zamanı gələcək perspektivlərdən də söz açdı və bu da dünyəvi problemin həlli istiqamətində ümidverici nəticələrin optimallaşacağına bir işarədir. COP29 ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin əsas bir hissəsini təşkil edir. Neft və qazla zəngin ölkələr yaşıl enerjiyə keçid zamanı ön sıralarda olmalıdır.

Milli Məclisin deputatı,
Rauf Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə