“Bərpa və quruculuq işləri dövlətimizin xüsusi planı əsasında həyata keçirilir“ - DEPUTAT DANIŞDI

“İşğaldan azad edilmiş ərazilərimizə olan köçlər artıq sistematik səciyyə daşıyır. Bu da göstərir ki, xalq öz torpağını, vaxtilə işğal altına düşən ərazilərini yalnız sözdə deyil, həm də məskunlaşmaq yolu ilə geri qaytarmaq marağındadır və bu proses lazımi sürətlə davam edir. Əlbəttə müəyyən çətinliklər var. Xüsusilə də ərazilərimizin minalardan təmizlənməsi məsələsi hazırda prioritet məsələdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov deyib.

Deputat bildirib ki, bərpa və quruculuq işləri dövlətimizin xüsusi planı əsasında həyata keçirilir: “Əhalinin köçürüldüyü ərazilərdə yalnız işləmək, çalışmaq deyil, həm də yeni nəslin böyüməsi üçün də lazımi infrastruktur yaradılır. Məktəblər, xəstəxanalar, mədəniyyət ocaqlarının tikintisi də sürətli şəkildə həyata keçirilir. Həmçinin orta məktəblərlə yanaşı, Qarabağ universitetinin formalaşdırılması da ölkəmizin işğaldan azad edilmiş ərazilərə verdiyimiz böyük dəyərin göstəricisidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə