Laçın şəhəri və Zabuxa növbəti köç karvanı yola salınır - YENİLƏNİR
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın şəhərinə və rayonunun yenidən salınan Zabux kəndinə növbəti köç karvanı yola salınır. SİA xəbər verir ki, Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı fevralın 28-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınır. Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə - 78 nəfər, Zabux kəndinə isə 4 ailə - 11 nəfər köçürülür.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB