Münxen görüşündə pozitiv nəticələr və DİPLOMATİK QƏLƏBƏ - TƏHLİL
Azərbaycan rəhbərliyinin beynəlxalq tədbirlərdə, forumlarda iştirakı ölkəmizin xaricdə, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirmək baxımından olduqca əhəmiyyətlidir. Eyni zamanda, Münxen konfransının daha çox açıqlığına görə xüsusi platforma olduğunu nəzərə alsaq, bu görüşün əhəmiyyətinin nə dərəcədə olduğu bəlli olur.
Göründüyü kimi, ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənməkdə davam edir və son vaxtlar müşahidə edilənlər də bunu birmənalı şəkildə təsdiqləyir. Xüsusilə diqqətçəkən məqam, Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkilərindən öncə rəsmi Bakıya təzyiq göstərməyə çalışan, əsassız və qərəzli ittihamlar irəli sürən Qərb ölkələrinin qısa müddət ərzində mövqelərini dəyişməsidir. Sözsüz ki, bu mövqe dəyişikliyi heç də təsadüfi sayıla bilməz. Əvvəla ona görə ki, cənab Prezident İlham Əliyevin seçki qələbəsi, Azərbaycanda keçirilən Zəfər seçkisinin nəticələri hansısa əsassız və qərəzli ittihamların, eləcə də təsirsiz təzyiq niyyətlərinin mənasız olduğunu sübut etdi. Digər tərəfdən də bir-birinin ardınca Qərb ölkələri liderlərinin Azərbaycan Prezidentini təbrik etməsi, həmçinin intensiv əməkdaşlığa ümid bəslədiklərini vurğulamaları qeyd olunan mövqenin dəyişməsinə gətirib çıxarmaya bilməzdi. Belə bir mövqe dəyişikliyi isə artıq Azərbaycana olan münasibətin də dəyişməsi anlamına gəlir və bu, eləcə də rəsmi Bakının dəyişməz mövqeyi ilə hesablaşmaq deməkdir.
Ölkəmizə qarşı olan bəzi qüvvələrin bir çox reallıqları, məhz Azərbaycanın yaratdığı reallıqları qəbul etdiyi artıq göz önündədir. Xüsusən də, Cənubi Qafqazda sülh prosesinin formatını məhz dövlət başçımızın, cənab Prezident İlham Əliyevin dəyişdirməsi bunu təsdiq edən məqamdır. Ələlxüsus da, bəzi ermənipərəst və qərəzli beynəlxalq siyasi iradə mərkəzlərinin vasitəçilikdən kənarlaşdırılması bir daha onu göstərir ki, rəsmi Bakının mövqeyi ilə hesablaşmaqdan başqa onların çarələri qalmayıb. Artıq beynəlxalq miqyasda qəbul olunur ki, istər regional sülh müqaviləsinin şərtlərini, istərsə də həmin müqavilənin formatını məhz Azərbaycan tərəfi təkbaşına müəyyən edir. Bununla da belə məlum olur ki, bir vaxtlar ölkəmizə təzyiq göstərməyə çalışan Qərb özü də qeyd olunan reallığı qəbul etmək məcburiyyətində qalıb.
Etiraf edilməlidir ki, Qərb, Avropa Birliyi erməni narrativlərini dəstəkləmək üçün əllərindən gələni əsirgəmək niyyətində olmayıblar. Bununla bağlı, bunu sübut edən kifayət qədər faktlar var. Amma onu da unutmaq olmaz ki, həmin o Avropa Birliyi də, həmin o Qərb də Ermənistana deyil, məhz Azərbaycana ehtiyac duyulduğunun fərqindədir və istənilən halda rəsmi Bakı üstün məqama sahibdir. Əvvəla ona görə ki, qalib ölkə, Zəfər çalan tərəf olaraq, onsuz da üstün olan Azərbaycan eləcə də dünyanın ən önəmli enerji qaynaqlarındandır. Azərbaycan hal-hazırda enerji təhlükəsizliyi baxımından Avropa Birliyi üçün olduqca önəmli tərəfdaşdır. Bu reallığı, bu həqiqəti nəzərə almamaq, xüsusən də Avropanın enerji təhlükəsizliyi ilə bağlı qarşılaşdığı çətin durumda bununla hesablaşmamaq mümkün deyil. Üstəlik, Azərbaycan öz coğrafi mövqeyi baxımından da Qərb üçün, Avropa Birliyi üçün çox maraqlı tərəfdir. Ona görə ki, yaxın gələcəkdə Avropa və Asiya qitələri arasında əsas nəqliyyat-kommunikasiya qovşağına çevrilmək potensialı məhz Azərbaycana məxsusdur. Bir sözlə, geosiyasi əhəmiyyətinə görə Azərbaycanı başqa ölkələrlə müqaisə belə etmək olmaz və heç şübhəsiz ki, Qərb də, Avropa da bunu nəzərə almaqdadır. Deməli, ölkəmizə qarşı mövqe dəyişikliyi, münasibətin dəyişməsi heç də təsadüfi deyil və bunn əsaslı, köklü səbəblər var, hansıki bu, istənilən halda ölkəmizin üstünlüyü deməkdir.
Ölkəmizin hər mənada üstünlüyü fonunda Qərb ölkələrinin rəsmi Bakı ilə pozitiv dialoqda maraqlı olması əlbəttə ki, məntiqidir və başadüşüləndir. Deməli, Münhen görüşündə ölkəmizə münasibətdə mövqe dəyişikliyi heç də təsadüfi deyil. Amma xüsusən onu vurğulamaq lazımdır ki, ölkəmizlə pozitiv dialoqa olan maraq, təkcə Azərbaycanın önəmli enerji qaynaqlarından biri olması, coğrafi və geosiyasi əhəmiyyətə malik olması ilə deyil, ölkə rəhbərimizin, cənab Prezident İlham Əliyevin apardığı uğurlu, məqsədyönlü siyasət ilə birbaşa əlaqədardır və bu, məhz dövlət başçımızın siyasi zəkasının parlaq qələbəsidir. ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşdə Minsk Qrupunun ləğv edilməsinin vacibliyini, eləcə də Qarabağ probleminin artıq həll edilməsindən sonra bu qurumun mövcudluğuna heç bir ehtiyac belə qalmadığını vurğulayan Azərbaycan Prezidenti məhz özünün siyasi zəkası ilə daha bir qələbəyə imza atmış oldu. Bunu bütün dünya ictimaiyyəti də müşahidə etdi. Müşahidə etdi ki, rəsmi Bakı heç bir tərəfin, ələlüsus da ATƏT kimi bir qurumun sülh danışıqları prosesi ilə bağlı vasitəçiliyindən birmənalı şəkildə imtina edir və xüsusən də Qərb, eləcə də Avropa bir daha gördü ki, Azərbaycanın, eləcə də, Cənubi Qafqazın problemlərinin həllində onların hər hansı birinin əhəmiyyətinin olmadığına dair cənab Prezident İlham Əliyev onlara ciddi mesaj verir. Məhz bu, diplomatik qələbə deməkdir və həmin qələbəyə Azərbaycan lideri öz siyasi zəkası ilə imza atdı.
Qərb siyasi dairələrinin, eləcə də Avropa Birliyinin sülh prosesindən kənara çəkilməli olduğuna dair onsuz da çoxdandır ki, eyham vurulurdu və rəsmi Bakı bu mövqeyini hələ Münhem görüşündən öncə də bəyan etmişdi. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı məsələnin beynəlxalq gündəmdən çıxarılmalı olduğunu Azərbaycan Prezidenti bu görüşə qədər də açıq mətnlə bildirmişdi. Bəyan etmişdi ki, bu məsələ yalnız Azərbaycan və Ermənistan arasında ikitərəfli təmaslarla həll edilməlidir və burada beynəlxalq siyasi iradə mərkəzlərinin vasitəçilik missiyasını ələ keçirməyə can atmasına qətiyyən ehtiyac yodur. Elə məhz Münxen görüşündə də cənab Prezident İlham Əliyev prinsipial mövqeyindən geri çəkilməməklə, iki ölkə arasında keçirilən görüşlərdə vasitəçi formatına qayıdışa qətiyyən imkan da vermədi və buna şərait belə yaranmadı. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüşün təşəbbüskarı olan Almaniya kansleri Olaf Şoltsun görüşün yalnız başlanğıcında iştirak etməsi, daha sonra görüş məkanını tərk etməsi təsdiq edir ki, o rəsmi Bakının mövqeyinə qətiyyən qarşı gəlməyib. Beləliklə də, Azərbaycan və Ermənistan liderləri birbaşa müzakirələr aparıblar və bu artıq Münxen görüşündə pozitiv nəticələr, eləcə də Azərbaycanın, ölkə rəhbərimizin diplomatik qələbəyə imza atması deməkdir.
Göründüyü kimi, Almaniya kansleri vasitəçilik şansı əldə edə bilməyib və sadəcə olaraq, görüşün təşəbbüskarı olmaqla kifayətlənib. Daha doğrusu, ancaq təşəbbüskar olaraq çıxış etmək məcburiyyətində qalıb. Beləliklə də, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Münxendə keçirilən görüşdə iki ölkənin xarici işlər nazirləri iştirak ediblər. Bu isə artıq ondan xəbər verir ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələsinin beynəlxalq gündəmdən çıxarılması və kənar vasitəçilərsiz ikitərəfli təmaslar formatında müzakirələr barədə ölkə rəhbərimizin qərarı qəbul edilib və reallığa çevrilib. Deməli, Münxendə diplomatik qələbə əldə edilib və bunu təkcə Qərb, Avropa Birliyi deyil, bütün dünya ictimaiyyəti müşahidə edib.
Diqqətə çatdıraq ki, Azərbaycan və Ermənistan liderlərinin ikitərəfli görüşündə hər iki ölkənin xarici işlər nazirlərinə yaxın zamanda yenidən görüşmək, sülh müqaviləsi ilə bağlı danışıqları davam etdirmək tapşırılıb. Tapşırıqlar arasında eləcə də sərhədlərin delimitasiyası ilə bağlı komissiyaların danışıqları davam etdirməsi məsələsi də olub. Bu yerdə xüsusilə qeyd etmək lazımdır ki, Qərb də, Avropa Birliyi də müşahidə edib ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində məhz ikitərəfli təmaslar formatı daha effektivdir. Onu da nəzərə almaq lazımdır ki, həmin effektiv format məhz rəsmi Bakının, Azərbaycan tərəfinin irəli sürdüyü format olaraq artıq Münxendə qəbul olunub. Deməli, artıq belə aydın olur ki, Münxen görüşünün pozitiv nəticələri barədə danışmaq üçün kifayət qədər əsas var. Əvvəla ona görə ki, ermənipərəst mövqe tutan bəzi qərəzli beynəlxalq siyasi iradə mərkəzləri demək olar ki, artıq sülh prosesindən kənarlaşdırılmış sayılır. Digər tərəfdən də bu, onu deməyə əsas verir ki, cənab Prezident İlham Əliyev artıq beynəlxalq dairələrə Azərbaycanın siyasi iradəsini qəbul etdirməyə nail olub. Məhz bu, Azərbaycanın, Azərbaycan Respublikası Prezidentinin növbəti diplomatik qələbəsi olaraq qəbul edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB