“İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətini uğurlu bir tarix gözləyir“ - DEPUTAT DANIŞDI
“Cənab İlham Əliyevin ünvanına yenidən prezident seçilməsi münasibətilə dünya liderlərindən gələn təbriklərin coğrafiyası çox genişdir. Demək olar ki, dünyanın hər bir qitəsindən ölkə rəhbərimizə təbriklər gəlməkdə davam edir. Bu, cənab İlham Əliyevin dünyadakı yüksək nüfuzunun və dövlətimizin etibarlı əməkdaş olmağımızdan irəli gəlir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Deputat bildirib ki, Azərbaycan Respublikası ərazicə o qədər böyük olmasa da yürütdüyü müstəqil siyasəti ilə dünya çapında özünəməxsus yer tutan çox az ölkələrdəndir: “Ölkə başçımıza olan təbriklərin çox olması həm də dünyada dostlarımızın düşmənlərimizdən dəfələrlə çox olduğunun göstəricisidir: “Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib dövlətə çevrilmişdir. Həm də dünya iqtisadiyyatında özünə məxsus yerə malikdir. O cümlədən dünyada gedən siyasi proseslərə təsir etmək gücünə malik ölkəyə çevrilmişik. Həm də Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlıq etdiyi dövlətlərlə münasibətlərə sadiqdir. Bu, ölkəmizi daha da nüfuzlu edir və əmkdaşlıq etmək istəyənlərin sayını çoxaldır. Qarşıdan gələn dövrdə də Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətini uğurlu bir tarix gözləyir. Bu dövür həm də xalqımızn həyatında yeni bir səhifənin başlangıcı olacaqdır. Xalqımız qalib ölkənin qalib Liderinin rəhbərliyi altında yeni tarix yazacağına heç bir şübhə yoxdur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB