Yaşlı və xəstə xanımın evdə səs verə bilməsi üçün lazımi şərait yaradılıb - FOTOLAR
Növbədənkənar prezident seçkiləri davam edir və məntəqələrdə seçicilərin fəallığı müşahidə olunur. SİA xəbər verir ki, 16 saylı Yasamal ikinci seçki dairəsinin 33 saylı məntəqəsində Rusiyanın “Vətəndaş dialoq”undan 3 nəfər beynəlxalq müşahidəçilər seçki prosesini izləyib. Seciçilərin aktivliyi və seçki prosesinin operativ şəkildə aparılması xarici müşahidəçilərin diqqətini cəlb edib.
Seçki məntəqəsindən bildirilib ki, səhər 08:00-da məntəqə qarşısında 70-ə yaxın şəxs səsvermə hüquqlarından istifadə etmək üçün növbədə idi və seciçilərin fəallığı hələ də davam edir. Həmçinin 1 nəfər yaşlı və xəstə xanımın evdə səs verə bilməsi üçün lazımi şərait yaradıldı.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB