Prezident seçkiləri 50 saylı Abşeron üçüncü seçki dairəsində də uğurla keçir. SİA xəbər verir ki, dairə seçki komissiyasının sədri Çingiz Hümbətov bildirib ki, seçki dairəsinə daxil olan 42 məntəqədə indiyədək hər hansı pozuntu qeydə alınmayıb. Dairə üzrə 53936 seçicinin səsvermə hüququ var və onların səs verə bilmələri üçün lazımi şərait yaradılıb.
Seçicilər səsvermədə fəal iştirak edirlər. Dairədə akkreditə olunmuş yerli və xarici müşahidəçilər seçki prosesini diqqətlə izləyirlər.
49 saylı Abşeron ikinci seçki dairəsinin sədri Rafəddin Nağdaliyev açıqlamasında deyib ki, dairə üzrə olan 36 seçki məntəqəsində səsvermə prosesi sakit keçir. Yüksək seçici fəallığı qeydə alınır. İndiyədək heç bir qanun pozuntusuna rast gəlinməyib.
Qeyd edək ki, bu dairə üzrə səsvermədə iştirak etmək hüququ olan 49563 seçici var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB