Heç kim seçicini istəmədiyi bir şeyi etməyə məcbur edə bilməz - MSK SƏDRİ
Heç kim seçicini istəmədiyi bir şeyi etməyə məcbur edə bilməz. SİA xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov söyləyib.
"Komissiyalar yalnız Seçki Məcəlləsinə uyğun hərəkət etməlidir. Seçicinin istəklərinə hörmətlə yanaşılmalıdır. Heç kim seçicini istəmədiyi bir şeyi etməyə məcbur edə bilməz. Hər kəsdən bu tələblərə diqqət yetirməsini xahiş edirəm. Kiminsə səhvi ucbatından vətəndaşın konstitusion hüququndan məhrum olmasına imkan verə bilmərik",-o deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB