"Ukrayna və Maldivdən olan nümayəndələr hazırda azad olunan ərazilərdədir" - Məzahir Pənahov

"Ukrayna və Maldivdən olan nümayəndələr hazırda azad olunan ərazilərdədir" - Məzahir Pənahov

"ATƏT-in seçki prosesi ilə əlaqədar ciddi iradları yoxdur". SİA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib: "Biz həmişə gizlətmədən bildirmişik ki, bütün beynəxalq təşilatlar azad olunan ərazilərdə müşahidələr aparsınlar. Bu həm də Azərbaycan xalqına hörmət kimi qəbul ediləcək".

O qeyd edib ki, ATƏT-in nümayəndələri artıq azad edilən ərazilərdə olublar: "Lakin biz arzu edərdik ki, məhz səsvermə günü beynəlxalq təşkilatların nümayəndələri bu ərazilərdə iştirak etsinlər. Ukrayna və Maldivdən olan nümayəndələr hazırda azad olunan ərazidədirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə